Gündəm
Bakı sakinində 10 kq marixuana aşkar edilib
Bakı sakinində külli miqdarda narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Musayevdən 10 kiloqram 70 qram marixuana götürülüb.
Keçmiş məhkumdan narkotik vasitə götürülüb
Qaradağ sakinində narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ramil Nəzərovdan 19 kiloqram 470,278 qram marixuana götürülüb. Ətrafında aparılan əməliyyat tədbirlər nəticəsində onun əvvəllər məhkum olunması müşahidə olunub.
Soyğunçular satıcının gödəkçəsini də apardılar
Bakıda soyğunçuluq hadisəsi baş verib. “Olaylar” Daxili İşlər Nazirlkiyinin saytına istinadən xəbər verir ki, yanvarın 9-da Yasamal rayonunun A.Şərifzadə küçəsindəki meyvə-tərəvəz mağazalarından birində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əfsun Ələkbərov və Şahin Zöhrabov soyğunçuluq yolu ilə orada satıcı işləyən Sabirabad rayon sakini Amil Sayılovun cibində 381 manat pul olan gödəkçəsini soyundurub aparıblar. Yasamal RPİ 29-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Ə.Ələkbərov və Ş.Zöhrabov tutulublar.
Binəqədidə 2 ton mənşəyi bəlli olmayan ət aşkar edilib
Bakının Binəqədi rayonunda mənşəyi bəlli olmayan ət aşkar edilib. DİN-dən verilən məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taborunun və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yanvarın 9-da Binəqədi rayonunun "28 May" qəsəbəsi ərazisində yerləşən "Azər ət" MMC-nin soyuducu anbarında mənşəyi və sağlamlığına dair sənədi olmayan 2 ton 115 kiloqram ət aşkar edilərək götürülüb. Aşkar edilmiş ət müayinə üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təqdim edilib.
Qəbirəstanlıqda silah-sursat aşkar edildi
Nardaran qəsəbəsi ərazsində silah-sursat aşkar edilib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə "AKMS" markalı silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" markalı tüfənglər, 1 ədəd "F-1" qumbarası və 274 ədəd müxtəlif çaplı patron tapılmışdır.
Gürcüstan vətəndaşından tapança götürülüb
Ölkəmizdə səfərdə olan Gürcüstan vətəndaşında odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Ariz Məmmədovdan "Naqan" tipli tapança və 3 ədəd giliz götürülüb.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Azərbaycan xalqının söz, mətbuat azadlığı uğrunda tarixi mübarizəsinin real məzmun kəsb edərək praktik surətdə gerçəkləşməsi XIX əsrə təsadüf edir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi.
İqtisadi islahatlarla qarşıya qoyulan bütün hədəflərə çatılacaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında ötən ildə Azərbaycanda, eləcə də dünya ölkələrində müşahidə olunan sosial və iqtisadi proseslərin mahiyyətini açıqlayıb.
“Azərsu” və KİVDF müsabiqə elan etdi
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin
Rusiyalı deputat: "Rusiya Qarabağ münaqişəsinin yenidən alovlanmasını istəmir"
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanmasını qətiyyən istəmir". Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, "Vahid Rusiya" Partiyasından olan deputat Sergey Jeleznyak bildirib. O, Rusiyanın münaqişənin siyasi yolla həlli istiqamətində böyük iş apardığını qeyd edib.
Aprel döyüşləri zamanı yaralanmış və reabilitasiya xidmətləri ilə təmin edilmiş hərbiçilərimizlə görüş olub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı yaralanmış və bu Mərkəzdə reabilitasiya xidmətləri ilə təmin olunan hərbiçilərimizlə görüşüb.
Əmək Nazirliyi Lənkəranda 9 ədəd fərdi yaşayış evini Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin mənzillə təminatı tədbirlərini davam etdirir. Nazirlik tərəfindən Lənkəran rayonunda inşa olunmuş 9 ədəd fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub.
Suraxanı sakinləri pulsuz göz müayinəsindən keçirilir
Suraxanı rayon İcra Hakimiyyətinin “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi ilə birgə təşkil etdiyi "İşığlı Həyat" adlı aksiyanın növbəti mərhələsinə start verilib.
“Qaradağ” yatağında yeni quyu qazılır
“Qaradağ” yatağında 489 nömrəli istismar-basqı quyusunda qazma işlərinə başlanılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Qaz Anbarları İstismarı İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Məhsuldar Qatın VIIA horizontuna qazılan quyunun layihə dərinliyi 2900 metrdir. Quyu yataqda vurulan və götürülən qaz həcmlərinin artırılması məqsədi ilə qazılır.
15 yaşlı qız cinayət törətdi
İngiltərədə dəhşətli hadisə olub. Belə ki, 15 yaşındakı qız uşağı 7 yaşındakı qız uşağını boğazını kəsib. Kimliyi açıqlanmayan 15 yaşındakı uşaq 7 yaşındakı Katia Roghu öldürməkdə günahlandırılır. Qeyd edək ki, qorxunc hadisə ötən günlərdə İngiltərənin York vilayətində yaşanıb.














