Gündəm
Vəkillər Binəqədidə yaşayış binasının yanmasında təqsirləndirilən şəxslərə bəraət istəyiblər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xalid Əhədov: “Beynəlxalq Bank bu il sağlamlaşdırılacaq”
Azərbaycan Beynəlxalq Bankı(ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir. Bunu açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.
"Nardaran işi": Təqsirləndirilənlər son söz deyiblər - YENİLƏNİB
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Məhkəmədə Akif Çovdarovla zərərçəkən arasında mübahisə düşüb - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi günortadan sonra davam etdirilib.
Strasburq Universiteti ilə əməkdaşlıq sazişi imzalanıb
Yanvarın 11-də Fransa Respublikasının nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində (UFAZ) olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen,Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis Fransız-Azərbaycan Universitetində (UFAZ) tələbələrlə görüşüb.
Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək
Yanvarın 13-də paytaxtın Nərimanov və Nizami rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 229 nömrəli tam orta məktəbdə (Ünvan: Nəsimi küçəsi 34) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq. Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcəkdir.
DQMK və TQDK-nın ləğvi prosesi tam başa çatıb
Yaxın 2-3 həftə ərzində DİM-in strukturunun formalaşdırılması başa çatdırılacaq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğvi prosesi tam başa çatıb.
Müəllif Hüquqları Agentliyi ermənilərin növbəti musiqi oğurluğu haqqında açıqlama yayıb
Müəllif Hüquqları Agentliyi (MHA) ermənilərin növbəti əqli mülkiyyət oğurluğu haqqında açıqlama yayıb. MHA-dən verilən xəbərə görə, Rusiyanın “Telekafe” kanalında yayımlanan “Путешествие за вкусом” verilişinin 2017-ci ilin 8 yanvar tarixində efirə gedən “erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi “Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb: "“Sən gəlməz oldun” adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə. Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan “Sən gəlməz oldun” mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqi kimi tanınır. Bütün arxiv sənədlərindən də göründüyü kimi "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır".
Filarmoniyada “Muğam gecəsi”
16 yanvar saat 19:00 Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Televiziyasının Mədəniyyət kanalı birgə layihəsi olan “Muğam gecəsi” adlı ədəbi – bədii, musiqili gecə olacaq.
Bilik Fondu ilə Elmi-Metodiki Mərkəzi arasında memorandum imzalandı
11 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında mövcud qanunvericiliyə və öz nizamnamələrinə uyğun olaraq Anlaşma Memorandumu imzalanmışdı.
Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki,
Yanvarın 23-də Rusiya və Türkiyə Suriya ilə bağlı Astanada razılıq əldə etməyə çalışacaq. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu bildirib ki, hər iki dövlət Əsəd rejimini Suriyanın siyasi və hərbi müxalifəti ilə barışdırmaq istəyir: “Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki, Vaşinqton və Brüsselin iştirakı olmadan da Suriya problemini yoluna qoya bilər. Görəsən eyni ittifaq Qərbi kənarda qoyaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini də sürətləndirə bilərmi? Ankara buna hazırdır, yetər ki, Moskva nəhayət ki, konkret mövqe ortaya qoysun. 2017-ci ildə bu ittifaqın daha hansı imkanlara malik olacağını müşahidə etmək imkanı qazanacağıq”.
AzTU-nun tələbəsi “Azercell”-in Təqaüd Proqramının qalibi olub
“Azersell”in 1 oktyabr 2016-cı il tarixində elan etdiyi Tələbə Təqaüd Proqramı üzrə son seçimlərinin nəticələrini müəyyən edib.
Azərbaycanda fikir, söz və məlumat azadlığı üçün həm hüquqi, həm də iqtisadi baza mövcuddur
Ölkədə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi istiqamətində müntəzəm olaraq addımlar atılır. Xüsusilə, Azərbaycan XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu sahəyə diqqət daha da artdı.
Rusiya-Türkiyə-İran koalisiyası: Qərbin reaksiyası və qlobal geosiyasət
Moskvada üç dövlətin Suriya ilə bağlı müzakirələr aparması dünya siyasətində rezonans doğurub. Müxtəlif səviyyələrdə bu hadisənin təhlili aparılır. Artıq meydana yeni bir əməkdaşlıq formatının çıxdığını vurğulayırlar.
Şahbuz şəhərinin və ətraf kəndlərin içməli su sistemi istifadəyə verilib
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Şahbuz rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin istifadəyə verilməsi mərasimində iştirak edib.














