Strasburq Universiteti ilə əməkdaşlıq sazişi imzalanıb

Yanvarın 11-də Fransa Respublikasının nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində (UFAZ) olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen,Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis Fransız-Azərbaycan Universitetində (UFAZ) tələbələrlə görüşüb.

Yanvarın 11-də Fransa Respublikasının nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində (UFAZ) olub. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazir Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen,Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis Fransız-Azərbaycan Universitetində (UFAZ) tələbələrlə görüşüb. Görüş çərçivəsində, həmçinin Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının iştirakı ilə universitetlərarası əməkdaşlığa dair anlaşma sənədləri imzalanıb. Sonra təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen media üçün brifinq keçirib. 2016-2017-ci tədris ilində tələbə qəbul edən UFAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə yaradılıb. ADNSU ilə Fransanın Strasburq Universiteti arasında imzalanan beynəlxalq tərəfdaşlıq anlaşması əsasında fəaliyyət göstərən UFAZ-da hazırda 141 nəfər tələbə təhsil alır. Universitetdə kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları tədris olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31