Gündəm

Prezident bankların fəaliyyətinə qiymət verdi

11 Yanvar 2017 19:05

“Artiq iki aya yaxındır ki, banklar dollar satışını dayandırıblar. Görəsən bu addımı atan bank rəhbərləri başa düşürlərmi onların bu addım hansı nəticələrə gətirib çıxara bilər?”.

Ümumrespublika Maarifləndirici Marafonu başladı

11 Yanvar 2017 19:04

Gənclər üçün Təhsil Mərkəzinin təşəbbüsü ilə “Sürət məsafəni deyil, ömrü qısaldır!” adlı Ümumrespublika Maarifləndirici Marafonu start götürüb. Mərkəzdən “OLAYLAR”-a bildirilib ki, respublikanın hər bir regionunda keçiriləcək Marafonun əsas məqsədi yol mədəniyyətinin inkişaf etdirilməsinə dəstək verməklə, həm sürücülər, həm də piyadalar tərəfindən yol təhlükəsizliyinə əməl olunmasını təşviq etməkdir.

İdmançılarımız Xorvatiyada beynəlxalq turnirə yollanıb

11 Yanvar 2017 19:02

Xorvatiyanın Samobor şəhərində 26-cı Xorvatiya Qran Prisində 27 idmançımız iştirak edəcək. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, 13-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət komandanın böyük məqçisi, əməkdar məşqçi Anar Allahverdiyev və onun köməkçisi, əməkdar məşqçi Qurban Tağıyev 16 idmançını sınaqdan keçirməyi qərara alıb. Kata yarışlarında milli komandanın böyük məşqçisi, əməkdar məşqçi Vahid Ayvazov və onun köməkçisi, əməkdar məşqçi Vüqar Kərimov isə kataçılardan Ceyhun İsmayılovla Emiliya Mitilimovanı 14-15 yaşlılar arasında, İbrahim Ağəlini 16-17 yaşlılarda, Həsən Rüstəmovu 18-20 yaşlılarda, Sahib Əhədovu yuxarı yaşlı fiziki qüsurlu idmançıların mübariəsində yoxlayacaq. Beynəlxalq hakim Vüqar Kərimovdan başqa, milli dərəcəli hakim Cavid Rəfiyev də təcrübəsini artırmaq üçün yarışı idarə edənlər arasında olacaq. İdmançılarımız ənənəvi Xorvatiya Qran Prisindən Bakıya ayın 16-da dönəcəklər.

Yevlaxda “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirilib

11 Yanvar 2017 19:00

Azərbaycan Respublikası gömrük xidmətinin yaradılmasının 25 illik yubileyilə əlaqədar olaraq yerlərdə “Gömrük və gənc nəsil” mövzusunda məktəblilərlə görüşlər keçirilir. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, növbəti belə görüş Yevlax şəhərindəki 1 saylı tam orta məktəbdə təşkil olunub. Tədbirdə Yevlax Gömrük İdarəsinin əməkdaşları Nurlan Nuriyev, Ramil Mədətov və Xətayi Məmmədli iştirak ediblər. Gömrük əməkdaşları məktəblilərə ümummilli lider Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən söhbət açıblar.

Keçən ay dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilib

11 Yanvar 2017 18:59

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin dekabr ayında dövlət büdcəsinə 129 milyon 56 min manat vəsait ödənilib. “OLAYLAR”-ın xəbərinə görə, bu göstərici 2015-ci ilin dekabr ayı ilə müqayisədə 53 milyon 736 min manat və ya 171,3 faiz çox olub. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 395 milyon 421 min manat vəsait ödənilib. Bundan əlavə, 2016-cı ilin dekabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 666 min manat vəsait köçürüb. Ümumiyyətlə, ötən ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 144 milyon 417 min manat təşkil edib ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 5 milyon 119 min manat və ya 103,7 faiz çox olub.

SOCAR təkzib etdi

11 Yanvar 2017 18:58

Bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun guya istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb. “OLAYLAR”-ın xəbərinə görə, SOCAR yayılan məlumatı təkzib edib. Bildirilib ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar.

Yeni hədəflər Azərbaycanın yaxın, orta və uzunmüddətli perspektivdə inkişafını təmin edəcək

11 Yanvar 2017 18:57

“Yeni iqtisadi modelin dəstəklənməsi baxımından Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq Fərmanı böyük aktuallıq daşıyır”.

Dini ekstremizmin yaranma səbəbləri müzakirə edilib

11 Yanvar 2017 18:56

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən yanvarın 11-də “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev açaraq dini radikalizm və ekstremizmə qarşı mübarizə üsullarından, ekstremizmin fəsadlarından, eləcə də bu sahədə mövcud qanunvericilikdən bəhs edib.

18 yaşlı tələbə siqaretə görə qətlə yetirildi

11 Yanvar 2017 18:55

Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Hadisə rayonun Səttərxan küçəsində qeydə alınıb. Belə ki, 18 yaşlı Emin Abdullayev ayaqqabısını təmir etdirib evə geri dönürmüş. Bu zaman rayon sakini 16 yaşlı yeniyetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticələnib. Yeniyetmə üstündəki bıçaqla universtet tələbəsi olan Eminin ürək nahiyəsindən bıçaq zərbəsi endirib. Gənc aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb.

Azərbaycanın işğal olunmuş ərazilərinə 180 əcnəbi jurnalist gedib

11 Yanvar 2017 18:54

Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən 180 əcnəbi jurnalist Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslər siyahısına daxil edilib. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Avstraliyalı beynəlxalaq məsləhətçi Milli Kitabxanada

11 Yanvar 2017 18:53

Avstraliyanın Məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi cənab Berri Uols yanvar ayının 11-də Milli Kitabxanada olub. Qonağı kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib.

Tarix Muzeyi yeni materiallarla zənginləşir

11 Yanvar 2017 18:50

Milli Azərbaycan Tarixi Muzeyi milli mədəniyyətimizin öyrənilməsində, təbliğində əhəmiyyətli rol oynayan materialların əldə olunmasına xüsusi diqqət yetirir və mütəmadi olaraq yeni hədiyyələrlə zənginləşir.

Bakıda DSK sədrinin oğlunu qətlə yetirən şəxs məhkəmədə ifadə verib

11 Yanvar 2017 18:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Vüqar Rüstəmovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

Rusiyalı tarixçinin erməni terroru ilə bağlı hazırladığı petisiyaya Siz də QOŞULUN

11 Yanvar 2017 18:46

Ermənilərin 1977-ci il yanvarın 8-də Moskva metrosunda törətdiyi terror aktı ilə bağlı cinayət işinin məxfilikdən çıxarılmasını tələb edən petisiya hazırlanıb.

İndoneziyalı jurnalistin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəriylə balı XİN-dən AÇIQLAMA

11 Yanvar 2017 18:44

Xarici İşlər Nazirliyi indoneziyalı xanım jurnalist Fameqi Putrinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı məsələyə münasibət bildirib.