Gündəm

"Moody`s": Dağlıq Qarabağ münaqişəsi MDB-nin iqtisadiyyatına mənfi təsir edir

12 Yanvar 2017 11:24

Neftin qiymətinin stabilləşməsiMDB üzvü olan 9 ölkəyə birbaşa  və dolayı iqtisadi və maliyyə təzyiqi azaldıb. Bu barədə "Moody's Investors Service" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Deputat: “İslam Həmrəyliyi ili” dünyada sülh yaratmaq missiyasına dövlətimizin töhfəsidir” 

12 Yanvar 2017 11:20

“İslam sülh və əminamanlığı təbliğ edən dindir. Bu dində terror və insana yaraşmayan əməllər qadağan olunub. Amma, terror, təxribatla İslamın dininin imicinə xələl gətirməyə çalışırlar. Ona görə İslam həmrəyliyi çox vacib amildir. Dövlət başçısı İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi ölkəmizdə bu istiqamətdə aparılan uğurlu işlərin parlaq nümunəsidir”. Bunu milllət vəkili Azər Badamov deyib.

Mübariz Əhmədoğlu: "2016-cı ildə xarici siyasətimizin ən böyük uğuru İranla bağlıdır"

12 Yanvar 2017 11:19

“2016-cı il Azərbaycan üçün daxili və xarici siyasət arasında kəskin fərqlər ilə xarakterizə olunur”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Musa Qasımlı: "Azərbaycanın seçdiyi yol yeganə və düzgün yoldur"

12 Yanvar 2017 11:14

“Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan təhlükəsiz yaşamaq üçün ən etibarlı ölkəyə çevrilib”. Bunu millət vəkili Musa Qasımlı deyib. Onun sözlərinə görə,  bunu etibarlı edən düzgün yürüdülən siyasət eləcə də xalqımızın daim dövlət və hakimiyyətin yanında olması, yüksək mədəni-siyasi inkişafıdır.

«Жестокий урок»

11 Yanvar 2017 22:20

“Qış qalası” başa çatdı

11 Yanvar 2017 19:14

 Qoşa qala qapısı meydanında keçirilən “Qış qalası” adlı Yeni il yarmarkası başa çatıb.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Olaylar” – a verilən məlumata görə yarmarkanın məqsədi  şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə təşkil edilib.

Mübariz Qurbanlı: ““2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması dövlət başçımızın İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir”

11 Yanvar 2017 19:10

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı barədə fikirlərini bildirib.

“Tolerantlıq milli kimliklə vəhdət” adlı maarifləndirici tədbir keçirilib

11 Yanvar 2017 19:10

Yanvarın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Tolerantlıq milli kimliklə vəhdət” adlı maarifləndirici tədbir keçirilib.

Orta məktəb şagirdləri Aqrar Unuversitetdə

11 Yanvar 2017 19:08

Gəncə şəhəri və ətraf rayonlarının 11-ci sinif şagirdlərinin müəyyən edilən qrafik əsasında Azərbaycan Dövlət Aqrar Universitetinə ekskursiyalarının təşkilinə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Şagirdlər universitetin yeni tələbə yataqxanası, tələbə kafesi, tədris korpusları, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirmə mərkəzi, istixanaları, açıq və qapalı balıqyetişdirmə laboratoriyası, baytarlıq kilinikası, maşın-traktor parkı, pataloji anatomiya muzeyi, anatomiya muzeyi, əsaslı və elektron kitabxanası, idman zalları və digər obyektləri ilə yaxından tanış olur, tələbələrin yazılı, şifahi və kompyuter vasitəsilə qəbul olunan imtahan proseslərini müşahidə edirlər. Məlumatda o da bildirilib ki, orta məktəb şagirdlərinin aqrar təhsilə marağının artırılmasında onlara Universitetində təhsil almaq imkanlarının, o cümlədən tədrisin maddi-texniki bazasının, tələbə həyatının və digər zəruri təsisatların nümayiş etdiriməsinin əhəmiyyəti olduqca böyükdür.

Gömrük nəzarətindən gizlədilən 1 milyon 150 min Rusiya rublu aşkar edildi

11 Yanvar 2017 19:08

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Samur” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilməmiş 1 milyon 150 min Rusiya rublu aşkar edilib. Faktla bağlı araşdırma aparılır. 

Binəqədi sakinləri tərəfindən 322 müraciət daxil olub

11 Yanvar 2017 19:07

2016-cı ilin dekabr ayı ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 322 müraciət (ötən ayla müqayisədə 18 müraciət çox) daxil olub. “OLAYLAR”-ın xəbərinə görə, hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 245-i ərizə və 77-si şikayət xarakterli olub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, ümumilikdə, 88, Milli Məclisdən 2, Nazirlər Kabinetindən 15 və digər qurumlardan 40 müraciət daxil olub. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2016-cı ilin dekabr ayı ərzində 572 vətəndaş qəbul edilib. O cümlədən, RİH başçısı tərəfindən 29 vətəndaş qəbul olunub.