“Qış qalası” başa çatdı

 Qoşa qala qapısı meydanında keçirilən “Qış qalası” adlı Yeni il yarmarkası başa çatıb.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Olaylar” – a verilən məlumata görə yarmarkanın məqsədi  şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə təşkil edilib.

Qoşa qala qapısı meydanında keçirilən "Qış qalası" adlı Yeni il yarmarkası başa çatıb.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən "Olaylar" - a verilən məlumata görə yarmarkanın məqsədi  şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də Yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə təşkil edilib.

Qeyd edək ki, yarmarkada mətbəx nümunələri, əl işləri təqdim edilib. "Qış qalası" təkcə əl işləri, suvenirlər, Yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmayıb. 20 gündən çox davam edən yarmarkada hər gün saat 19:00-dan 21:00-dək tanınmış musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil edilib.

Təşkilatçılar uşaqları da unutmayıblar. Belə ki, yarmarka günlərində uşaqlar üçün də əyləncəli animasiya proqramları  da həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31