Gündəm
Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.
Hesablama Palatasının büdcəyə nəzarətlə bağlı yeni səlahiyyətləri təsdiqlənib
Hesablama Palatasının büdcəyə nəzarətlə bağlı yeni səlahiyyətləri təsdiqlənib. Məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 11 yanvar 2017-ci il tarixli fərmanı ilə tətbiq olunan "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 16 dekabr tarixli qanunda əksini tapıb.
Sayca 9-cu yeni yoldəyişən Heybət stansiyasında quraşdırılır
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, cari ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılmasına da başlanılıb. Yeni yoldəyişən qurğuların yığılması üçün Səngəçal istehsalat bazasının ərazisində xüsusi meydança tikilib. Sağ və sol təmayüllü yoldəyişən qurğuların quraşdırılması üçün tikilən meydançanın uzunluğu 90, eni 16 metr təşkil edir. Bu meydancada yoldəyişənlərin alt quruluş hissələri, yəni tirlər dəmir-betondan yığılır.
Keçən il Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu 65 mindən çox turist ziyarət edib
Azərbaycanın daş yaddaşı, qədim tariximizin ana kitabı hesab olunan Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu son illərdə ziyarət edənlərin sayı xeyli çoxalıb. Bunun da bir sıra mühüm səbəbləri var. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qoruğun ərazisində yeni muzey istifadəyə verilib, yerli və xarici turistlərin bu tarixi məkana üz tutmaları üçün lazımi işlər görülüb. Məhz bütün bunların bariz göstəricisi olaraq paytaxt Bakıdan 56 kilometr aralıda yerləşən qoruğu 2016-cı ildə ziyarət edənlər 65 min 816 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 56 faiz çoxdur. Ziyarətçilərin sırasında xarici vətəndaşlar üstünlük təşkil edib.
Kimsəsiz uşaqların müayinə və müalicəsi təşkil edilib
"Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə Bakının Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağında yerləşən uşaqların müayinəsi həyata keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, müayinəni həkim - pediatr, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva aparıb. Müayinələr zamanı uşaqların fiziki sağlamlığı dəyəndirilərək, uşaqların sağlamlığında olan qüsur və patologiyalar müəyyən olunaraq, uyğun müayinə və müalicələr tövsiyə edilib. Eyni zamanda, bəzi reseptsiz dərmanlar uşaqlara təqdim olunub. Təşkilatın rəhbəri Ruhiyyə Məmmədova sonda "Ümid Yeri" Uşaq Sığınacağının müdiri Nigar Mənsimliyə onlara yaradılan şəraitə, həkim - pediatr Sveta Rəfiyevaya bu aksiyaya dəstək verdiyinə görə təşəkkür edib.
Əl-Cəzirə telekanalı Azərbaycandan bəhs edib
Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı daha bir reportaj yayımlayıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, reportajda ölkəmizin turizm imkanları haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycan Şərq ilə Qərbin, Asiya və Avropa mədəniyyətlərinin qovuşduğu məkandır. Azərbaycan hökuməti ölkədə turizmin inkişafı məqsədilə hərtərəfli proqram həyata keçirir.
“The Streight Times” qəzeti Bakının turizm potensialından yazıb
Sinqapurun məşhur “The Streight Times” qəzeti “2017-ci ildə hara getməli” səhifəsində “Köhnə və yeni Bakı, Azərbaycan” başlıqlı məqalə dərc edib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, məqalədə Bakı Asiya və Avropa arasında yerləşən “cəvahir” adlandırılır.
Dini maarifləndirmə tədbirləri davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərancama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Tərtər şəhər “Cümə” məscidi dini icması Tərtər şəhər Qapanlı kənd tam orta məktəbində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
İslahatlar davamlı xarakter daşıyır
“Azərbaycanda həyata keçirilən siyasi və hüquqi xarakterli islahatlar, əsas etibarilə, siyasi sistemin təkmilləşməsinə, idarəetmənin effektivliyinin artırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə və digər strateji məqsədlərə xidmət edir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı səsləndirib.
AŞ PA qarşısındakı öhdəliklərin icra vəziyyəti qiymətləndiriləcək
Yanvarın 12-dən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ştefan Şennax və Sezar Florin Predanın Azərbaycana səfəri başlayıb. “Olaylar” xəbər verir ki, səfər zamanı həmməruzəçilər Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini qiymətləndirəcək.
35 dəfə atəşkəs rejimi pozulub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
“AtaBank”-ın müştəriləri üçün daha bir kampaniya
“AtaBank” ASC ilə “MasterCard” beynəlxalq ödəniş sisteminin birgə reklam aksiyası davam edir. Bankdan “OLAYLAR”-a bildirilib ki, kampaniya şərtlərinə görə “AtaBank”-ın MasterCard Gold və MasterCard Platinum kart sahibləri üçün UBER Select-də qeydiyyatdan keçib 10 AZN-ə qədər olan ilk 3 gedişi pulsuz əldə edirlər.
Dil təkmilləşdirmə təlimləri keçirilir
“Uğur üçün Tədris” (SPEX) layihəsi çərçivəsində Dil təkmilləşdirmə təlimlərinə start verilib. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, Dil Təkmilləşdirmə təlimlərinin həyata keçirilməsində əsas məqsəd müəllimlərin İngilis dilində danışıq səriştəsinin artırılması, danışığın tədrisi və qiymətləndirilməsi qabiliyyətinin təkmilləşdirilməsidir. “British Council”un peşəkar təlimçiləri tərəfindən aparılan 120 saatlıq təlimlər Beynəlxalq Aptis İmtahanının nəticələrinə əsasən 12 inzibati rayon üzrə müəyyən edilmiş təlim mərkəzlərində həyata keçirilir.
Redaktor azyaşlıları cinsi istismar edib
Türkiyənin Antalya şəhərində fəaliyyət göstərən jurnalist həbs olunub. Manavqat Bölgə polisinə şikayət edən bir nəfər qəzet redaktoru R. M – in internet üzərindən qız uşaqlarını cinsi istisimar etdiyini bildirib. Şikayət edən şəxs qeyd edib ki, redaktor azyaşlı qız uşaqları ilə ilk olaraq sosial şəbəkələr vaistəsilə cinsi mövzuda söhbət edir, onlarla görüşdükdən sonar isə çılpak şəkillərini çəkir. Etiraz edən azyaşlıları şəkillərini qəzetində dərc etməklə hədələyirmiş.
Xaricə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək orqan müəyyənləşdirilib
Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinə uyğun olaraq xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərəcək dövlət orqanı müəyyənləşdirilib.














