Gündəm
Türkiyə vətəndaşlığı almaq üçün 4 ŞƏRT
"Türkiyə vətəndaşlığını almaq haqqında" qanuna dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, bu şərtlərdən birini yerinə yetirən əcnəbi şəxslər Türkiyə vətəndaşlığına qəbul edilə bilər:
Bu gənc sosial şəbəkələrdə "partlayış"a səbəb oldu - VİDEO
Məşhur idmançı, fitnes ustası Cim Melounun son videolarından biri sosial şəbəkələrdə fenomenə çevrilib. Cimin evdəki məşqlərindən birini əks etdirən videoya artıq 243 milyon dəfə baxılıb. Milli.az
Kaş ki sağ qalmasaydım...
Ankarada azərbaycanlı qadın avtobusda təcavüzə uğrayıb. Bu barədə məlumatı "Hürriyet"in yazarı İsmail Saymaz verib. Hadisə yanvar ayının 4-də, saat 23:40-da Ankaranın Etimesgut mahalı yaxınlığında baş verib. Azərbaycan əsilli qadın S. "530" nömrəli avtobusda təcavüzə uğrayıb.
Raqif Abbasov: “İslam Həmrəyliyi ili” İslam dünyasına baxış bucağını dəyişməyə çağırışdır”
"Dövlət başçısı İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi və Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları dünyaya İslam dininin sülh, əminamanlıq dini olmasına çağırışdır”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
Yanvarın 13 – ü Filarmoniyada
Yanvar ayının 13 – də Azərbaycan Dövlət Filarmoniyasında Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, skripka ifaçısı Zəhra Quliyevanın 65 illiyinə həsr olunmuş konsert proqramı olacaq. Konsert proqramında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edəcək. Orkestrin bədii rəhbəri və dirijoru Rauf Abdullayevdi.
Qaynar xəttdən xəbər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”i istifadəyə verilib. Nazirlikdən “Olaylar” – a verilən xəbərə əsasən qaynar xətt vasitəsilə ölkə ərazisində ətraf mühitin mühafizəsi ilə əlaqədar ekoloji tarazlığın qorunması, ekoloji qanun pozuntuları və digər ekoloji hallar barədə şikayət və müraciətlər qəbul edilir.
“Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verildi
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib. Bunu “Olaylar”- a açıqlamasında “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev deyib.
İlin ilk edamı
2017 – ci ilin ilk edamı Amerikada oldu. Narkotik maddə ilə ilə yaşanan münaqişə zamanı iki nəfəri öldürən mütəhhim zəhərli iynə ilə edam edildi. 20 dollarlıq narkotik maddənin səbəb olduğu münaqişədə iki nəfərin həyatına son verən 48 yaşlı Chiristopher Vilkins olub. Türkiyə mediasının xəbərinə görə Vilkinsin vəkili Hilari Şerd məhkəmin qərarından narzı olub və cinayət işini daha yüksək məhkəmələrdə baxılmasını istəyib. Lakin edama üç saat qalmış o bu istəyindən imtina edib.
Yanvar ayı Kukla Teatrında
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Olaylar” – a yanvar ayı üçün olan repertuarı təqdim etdi.
Aydın Əliyev vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev yanvarın 17-də saat 10:00-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək.
ATƏT Ermənistanda fəaliyyətini dayandırır
ATƏT-in İrəvan ofisi fəaliyyətini dayandırır. ATƏT-in İrəvan bürosunun yaydığı məlumata görə, təşkilata üzv ölkələr qurumun bir sıra sahələr üzrə mandatınn artırılmasına dair konsensusa gələ bilməyiblər. Ermənistan Xarici İşlər Nazirliyi məsələni şərh etməkdən imtina edib. Qeyd edək ki, Ermənistan ATƏTİ-in ofisi olduğu yeganə Cənubi Qafqaz ölkəsidir. Belə ki, qurumun Tbilisi ofisi 2008-ci, Bakı ofisi isə 2014-cü ildə bağlanıb. Bu barədə azvision.az "Medimax"-a istinadən xəbər verir.
Sarkisyan mandat alverinə başladı
Ermənistanın Daşnaksütyun partiyası ölkə prezidenti Serj Sarkisyandan onların namizədlərinin hakim partiyanın siyahısından irəli sürülməsini istəyib. Bu barədə "Jamank" qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Ermənistan prezidenti daşnakların bu təklifini razılıqla qarşılayıb. Bunun əvəzində hakim Respublika Partiyası daşnakların tərkibində öz namizədlərini parlamentə keçirməyə cəhd edəcək. Sarkisyanın bu addımla mandat alverinə başladığı bildirilir. Azvision.az
Banklara qoyulan əmanətlərin həcmi azalıb
2016-cı yanvar-noyabr aylarında fiziki şəxslər tərəfindən banklara yatırılan əmanətlərin həcmi 7.6 milyard manat olub. Mərkəzi Bankdan verilən məlumata görə, ötən ilin əvvəli ilə müqayisədə əhali tərəfindən bankalra qoyulan əmanətlərin həcmi 1.8 milyard və ya 20 faiz azalıb. Məlumata əsasən, yatırılan əmanətlərin 1.4 milyardı və ya 19 faizi milli valyutada, 6.1 miyardı və ya 81 faiz xarici valyutada yerləşdirilib. Onu da bildirək ki, ilin əvvəli ilə müqayisədə əmanətlərdə əsas azalma xarici valyutada yatırılan vəsaitlərdə hiss olunur. Belə ki, 11 ay ərzində manatla qoyulan əmanətlərin həcmi sabit qaldığı halda, dollar əmatlərində 1.6 milyardlıq azalma müşahidə edilir.
ATU tələbələri fastfood-un ziyanlarını açıqladılar
Azərbaycan Tibb Universitetinin tələbələri "Gənc Həmkarlar İttifaqı lideri məktəbi" kompleks proqramı çərçivəsində keçirilən müsabiqə üçün sosial çarx hazırlayıblar. “OLAYLAR”-ın xəbərinə görə, "Sağlamlıq - Sağlam Həyat Tərzi" mövzusunda hazırlanan bu video gənclərin sağlam həyat tərzinə həsr olunub. 10 dəqiqə davam edən video-çarx maraqlı formatda hazırlanıb. Burada "Sağlamlıq nədir?" və "Sağlam həyat tərzi necə olmalıdır?" mövzuları ümumilikdə əhatə olunub.
Prezidentin sərəncamına İƏT Gənclər Forumundan dəstək
Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamla bağlı İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu xüsusi bəyanatla çıxış edib.














