Gündəm
“Qafqaz”da oxuyanların diplomları tanınacaqmı? - "Bizə aidiyyəti yoxdur" - YENİLƏNİB
Türkiyənin Yüksək Təhsil Şurası bir sıra xarici ölkələrdə FETÖ-yə (Fətullahçı Terror Örgütü) bağlı olduğu iddia edilən universitetlərin diplomlarının tanınmamasına dair qərar verib.
Prezident iradlarında haqlıdır
Ötən il dünyada baş verən iqtisadi geriləmə ayrı-ayrı ölkələrdə özünü müxtəlif cür büruzə verdi. Belə ki, bəzi ölkələrdə həyata keçirilən pul-kredit siyasətinin yanlış olduğu üzə çıxdı, bəzilərinin isə aqrar və sənaye kimi sahələrdə islahatlara ehtiyac olduğu bəlli oldu. Təbii ki, dünya iqtisadiyyatına inteqrasiya edən Azərbaycan da belə təsirlərin qarşısını almaq məqsədilə iqtisadi islahatlar siyasətini yürütdü.
Dünyanı qarışdıran şəxs agent çıxdı - Moskvada işləyib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla əlaqədar gizli məlumatları ortaya çıxaran şəxs keçmiş ingilis agentidir. Bu haqda “Forbes” jurnalı yazıb. Nəşrin yazdığına görə, 52 yaşındakı Kristofer Steel adlı keçmiş MI6 (İngiltərənin Xarici Kəşfiyyat Xidməti - red,) agenti hazırda Londonda “Orbis” adlı xüsusi təhlükəsizlik şirkətini idarə edir.
Siyasi şərhçi: "Prezidentin fikirləri Ermənistanın hansı durumda olduğunu xatırladır”
“Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında səsləndirdiyi “illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi” fikri mübaliğəsiz qəbul edilməlidir və edilir də. Çünki bu bir gerçəkdir ki, Ermənistan yalnız onun-bunun əlinə baxmaqla ayaqda durur”. Bunu siyasi şərhçi Azər Həsrət deyib.
Nardaran hadisələri ilə bağlı daha bir dəstənin məhkəməsi başlayır
Bakının Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfər barəsində olan cinayət işi icraata verilib. Məlumata görə, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 19-da keçiriləcək.
Cəmiyyətin bəlası- narkomaniya
Təkcə Azərbaycan deyil, eləcə də bəşəriyyətin əsas problemlərindən olan və insan həyatının qəniminə çevrilən narkomaniya və ona qarşı mübarizə ölkəmizdə də səmərəli şəkildə həyata keçirilir. Bu istiqamətdə mübarizəni daha effektli aparmaq üçün zamanında hüquqi baza da formalaşdırılıb və müəyyən qanunvericlik bazası yaradılıb. Məlumat üçün qeyd edək ki, hələ 1996-cı ildə ümummilli lider Heydər Əliyev “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Fərman imzalayılb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Əsasnaməsi təsdiq edilib.
Tarixi şəxsiyyətlərimizə sahib çıxaq
Müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən biri də tarix elmimizin inkişafı sahəsində əldə olunan böyük uğurlardır. Azərbaycan tarixşünaslığını müstəqil inkişaf yoluna ulu öndər Heydər Əliyev çıxarmışdır. Dahi şəxsiyyət doğma xalqına, vətən torpağına həsr olunmuş ömrünün bütün çağlarında tariximizin azərbaycançılıq məfkurəsi əsasında doğru-düzgün araşdırılmasını və gənc nəslin doğma vətənə sədaqət ruhunda tərbiyə olunmasını daim diqqət mərkəzində saxlayırdı. Erməni-daşnak quldurlarının xalqımıza qarşı törətdikləri soyqırımları və deportasiyalarla bağlı mühüm dövlət sənədləri imzalayan, XX əsrin 20-30-cu illərində ziyalılarımıza qarşı həyata keçirilmiş repressiyaların ağır nəticələrindən dönə-dönə bəhs edən Heydər Əliyev, əslində, tarixçilər qarşısında tarix elmini keçmiş zərərli konsepsiyalardan uzaqlaşdırmaq, saxtalaşdırmalardan və təhriflərdən təmizləmək kimi çox mühüm və şərəfli vəzifə qoymuşdur.
Buludlu hava üstünlük təşkil edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi iləəvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Cəsədinə heç kim sahib çıxmır
19 Dekabr 2016 – ci il tarixində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovu soyuq silahla qətlə yetirilmişdi. Polisin hadisəyə müdaxiləsi nəticəsində qatil zərərsizləşdirilərək öldürüldü.
Azərbaycanda "Honkonq qripi"i qeydə alınıb?
“Bu il Azərbaycanda 2 nəfərdə qrip (A qripinin H3N2 virusu) aşkarlanıb ki, onlar da bu xəstəliyi çox yüngül formada, adi respirator infeksiya kimi keçiriblər. Bunu “Honkonq qripi” adlandırmazdım, bu, mövsümi qripdir”. Bunu Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva deyib.
Evlənirmi?
Acun Ilıcalının sevgilisi və qızı Melisanın anası Seyma Subaşı Meksidan instaqram hesabı ilə paylaşdığı şəkildə “Evlənirəm” yazıb. Ötən günlərdə Acunun ailəsi ilə fotolarını paylaşan Seyma bu dəfə “evlənirəm” paylaşımı ilə Türkiyə mediasında gündəmi zəbt eləyib. Hər kəs Acun evlənirmi sualı ilə maraqlanır.
Azərbaycanlı məktəbli dünya ikincisi oldu
Yaponiyanın Tokio şəhərində sayca ikinci Beynəlxalq Musiqi Yarışması keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, yarışmada Azərbaycandan da gənc ifaçılar iştirak edib. Türk Dünyası Araşdırmalar Mərkəzi Bakı Atatürk Liseyinin şagirdi Ayan Məmmədli də Tokioda keçirilən Beynəlxalq Musiqi Yarışmasında iştirakçı kimi çıxış edib. O, pianoda bir-birindən maraqlı ifaları ilə yarışma münsiflərini heyran edə bilib. Nəticədə Ayan Məmmədli dünya ikincisi adını qazanıb.
Avtomobil vuran piyada xəstəxanada ölüb
Bakıda "QAZ-2410" markalı avtomobil yolu keçən piyadanı vurub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Etiqad Kərimov idarə etdiyi "QAZ-2410" markalı avtomobillə yolu keçən qəsəbə sakini Rəhim Hüseynovu vurub. Xəstəxanaya yerləşdirilən R.Hüseynov orada ölüb. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
İtkin düşmüş kişinin asılmış meyiti tapılıb
Bakıda itkin düşən 48 yaşlı kişinin asılmış meyiti tapılıb. Məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Süleymanov Azər Əkbər oğlu yanvarın 9-u səhər saat 09:00-da evdən çıxıb və geri qayıtmayıb. Ailəsi bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib. Polis onu itkin düşmüş şəxs kimi qeydiyyata alıb və axtarışına başlayıb. Araşdırmalar zamanı A.Süleymanovun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə asılmış meyiti aşkarlanıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Ruhi xəstə çayda boğulub
Azərbaycanda ruhi xəstəlikdən əziyyət çəkən şəxs çaya yıxılaraq boğulub ölüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilib ki, Qobustan rayonunun Poladlı kənd sakini, ruhi xəstə Araz Cəfərov ehtiyatsızlığı nəticəsində kəndin ərazisindən keçən çaya yıxılaraq boğulub. Meyit sudan çıxarılıb. Faktla bağlı araşdırma aparılır.














