Gündəm
Duma sədri: “AŞPA reqlamentini dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”
”Avropa Şurası Parlament Assambleyasının reqlamenti dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”. Bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. “Nəzərə alsaq ki, AŞPA-nın reqlamenti bu gün hər hansı milli nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək barədə qərar qəbul etməyə icazə verir. Bu, qəbuledilməzdir. Hesab edirik ki, bu norma öz-özlüyündə parlamenti nüfuzdan salır”, - deyə o, söyləyib.
Trampın qızı: Atam prezident oldu, biznesdən gedirəm
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka biznesdən müvəqqəti gedəcəyini açıqlayıb. Bu barədə İvanka Tramp öz Facebook səhifəsində yazıb.
Ermənistan KİV: "Sarkisyan baş nazirin fəaliyyətindən narazıdır"
Ermənistan prezidenti Serj Sarkisyan respublikanın baş naziri Karen Karapetyanın fəaliyyətindən narazılığını bildirib.
“Azərbaycan Milli rəqsləri” layihəsi icra olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, layihə rəhbəri Vüqar Paşayevin təşkilatçılğı ilə 8-ci qrant müsabiqəsinin qalibi olmuş “Yeniyetmə və gənclər arasında “Azərbaycan Milli rəqsləri” yarış - müsabiqə” layihəsinin yekun konserti respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən “Zirvə”, “Çovqan”, “Təbəssüm”, “Leyla”, “Azad”, “Dostluq”, “Şənlik”, “Aysel” rəqs kollektivlərinin iştirakı ilə MetroPark Alış-Veriş Mərkəzində təşkil olundu.
“Silva” tamaşasının premyerası keçirilib
Azərbaycan Dövlət Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu“Olaylar” – a bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın məşhur iki hissəli “Silva” operettası tamaşaçılara təqdim olunub. Premyerada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, xarici səfirliklərin əməkdaşları, ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.
Ənvər Əblucun yubiley tədbiri keçirildi
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan mədəniyyətinin, milli kino sənətimizin istedadlı nümayəndəsi, özünəməxsus baxışı, yaradıcılıq üslubu ilə seçilən kinorejissor, ssenari müəllifi və aktyor, xalqın sevimlisi olan Azərbaycan Respublikasının Əməkdar artistinin – Ənvər Əblucun anadan olmağının 70 illiyi münasibəti ilə yubiley tədbiri keçirildi.
Ov tüfəngi ilə özünü güllələdi
Ağstafa rayon sakini ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşlə ayağına xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də Ağstafa rayon sakini Aqil Kazımov rayonun Düz Qışlaq kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
Gəmiçiliyin rəisi dənizçilər üçün yaradılan şəraitlə tanış olub
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecində olub. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, gəmiçiliyin rəhbəri aparılan təmir və bərpa işlərindən sonra kollecdə gələcəyin dənizçiləri üçün yaradılan şəraitlə yaxından tanış olub. Kollecdə 9 və 11 illik təhsil əsasında dənizçi peşəsinə yiyələnmək mümkündür. Təhsil ocağında eyni zamanda ixtisasartırma kursları da təşkil edilir və kursları uğurla bitirən gənclərə müvafiq sertifikatlar verilir. Gəmiçiliyin rəhbəri “Gəmi daxiliyanma mühərrikləri, gəmi təmirinin təşkili” fənni üzrə imtahan prosesini də izləyib. Tələbələr imtahanı kənar müdaxilə olmadan - kompüter vasitəsi ilə verirlər. Sədr Rauf Vəliyev kurs iştirakçılarının təhsili ilə də maraqlanıb. Daha sonra kollecin idman meydançasına baxış keçirilib.
Qara Dəniz və Xəzər Dənizi Regionlarında Təhlükəsizlik məsələləri müzakirı edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Polşanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə "Qara Dəniz və Xəzər Dənizi Regionlarında Təhlükəsizlik" mövzusunda seminar keçirilib.
Prokuror vitse-admiral Şahin Sultanova cəza istəyib
Nəsimi rayon Məhkəməsində Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"WhatsApp"dan bir pis, iki yaxşı xəbər: bu gündən etibarən...
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan "WhatsApp"dan bir pis, iki yaxşı xəbər var. "WhatsApp" bu gündən etibarən "iPhone 3GS"-də, "Windows Phone 7" mobil qurğularında və 2.1 və 2.2 versiyaları üzrə "Android" əməliyyat sistemlərindən istifadə edən telefonlarda işləməyəcək.
Deputat: "Azərbaycan 2016-cı ildə makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi"
Yaranmış çətinliklərə baxmayaraq Azərbaycan 2016-cı ildə makroiqtisadi göstəriciləri planlaşdırılmış səviyyədə saxlaya bildi. Bu sözləri millət vəkili, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev deyib.
Rusiya-Türkiyə əməkdaşlığı Suriyaya sülh gətirəcəkmi?
Bir neçə ildir ki, davam edən və minlərlə insanın həyatı bahasına başa gələn Suriya problemi çözümə yazınlaşmaq mərhələsindədir. Xarici kütləvi informasiya vasitələrinin yaydığı xəbərlərə görə, yaxın günlərdə Qazaxıstanın paytaxtı Astana şəhərində Suriya probleminin həlli ilə bağlı mühüm görüş keçiriləcək. Lakin Astana görüşünün formatının bir qədər məhdud olması probıemin qısa zamanda həll ediləcəyinə şübhələr yaradır. Belə ki, ilkin məlumatlara görə, Astana görüşü yalnız üçtərəfli formatda, Rusiya, Türkiyə və Suriya formatında olacaq. Yəni, Qərbin həmin görüşə qatılacağı barədə hələlik heç bir xəbər yoxdur. Elə məhz bu prizmadan çıxış edən bir sıra ekspertlər Suriya probleminin həlli məqsədilə keçiriləcək Astana görüşünün uğurlu nəticələnəcəyinə şübhə edirlər. İddia olunur ki, Qazaxıstanda hər hansı razılıq əldə olunsa belə, Qərb ciddi cəhdlə onun reallaşmasına əngəl yaradacaq. Bəs görəsən Astanada Suriya probleminin həlli istiqamətində ümumi bir razılığın əldə olunması nə dərəcədə mümkündür? Və Qərb həmin anlaşmanı normal qarşılayacaqmı? Bu və digər suallarla siyasi ekspert Arzu Nağıyevlə söhbətləşdik.
Siyasi və iqtisadi islahatlar ili
Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və məzmunlu, proqram xarakterli çıxışı zamanı bir sıra vacib məqamlara toxunmaqla yanaşı başa vurduğumuz ötən ili də xarakterizə etdi. Dövlət başçısının çıxışından aydın oldu ki, 2016-cı ildə Azərbaycan öz inamlı inkişafını davam etdirib və keçən il qarşıda duran bütün vəzifələr icra olunub. Prezident bildirib ki, Azərbaycan 2016-cı ildə böhranlı vəziyyətdən şərəflə çıxa bilib. Həyata keçirilən mıəqsədyönlü tədbirlər və islahatlar nəticəsində qlobal miqyasda iqtisadi və maliyyə böhranı yaşanmasına, külli miqdarda iş yerlərinin bağlanmasına baxmayaraq Azərbaycanda keçən il 100 mindən artıq daimi iş yeri yaradılıb. Keçən ilin iqtisadi islahatlar ili kimi tarixdə qalacağını deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, il ərzində qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirib, sürətləndirib.
Banklara möhlət hüququ veriləcəkmi?
Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklər cari ilin yanvar ayının birndən qüvvəyə minib. Lakin yayılan məlumata görə, qanunun tətbiqi ilə bağlı müəyyən çatışmazlıqlar olduğundan bu müddətin dəyişdirilməsi təklif olunur. Daha dəqiq, banklar qanunun tətbiqi ilə baəlı möhlət hüququ əldə etmək istəyində bulunublar.














