Ov tüfəngi ilə özünü güllələdi
Ağstafa rayon sakini ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşlə ayağına xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də Ağstafa rayon sakini Aqil Kazımov rayonun Düz Qışlaq kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.
12 Yanvar 2017 14:02 SosialAğstafa rayon sakini ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşlə ayağına xəsarət yetirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 11-də Ağstafa rayon sakini Aqil Kazımov rayonun Düz Qışlaq kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşlə ayağına xəsarət yetirib və o, xəstəxanaya yerləşdirilib. Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır.