İtkin düşmüş kişinin asılmış meyiti tapılıb
Bakıda itkin düşən 48 yaşlı kişinin asılmış meyiti tapılıb. Məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Süleymanov Azər Əkbər oğlu yanvarın 9-u səhər saat 09:00-da evdən çıxıb və geri qayıtmayıb. Ailəsi bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib. Polis onu itkin düşmüş şəxs kimi qeydiyyata alıb və axtarışına başlayıb. Araşdırmalar zamanı A.Süleymanovun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə asılmış meyiti aşkarlanıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.
12 Yanvar 2017 12:38 SosialBakıda itkin düşən 48 yaşlı kişinin asılmış meyiti tapılıb. Məlumata görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, 1969-cu il təvəllüdlü Süleymanov Azər Əkbər oğlu yanvarın 9-u səhər saat 09:00-da evdən çıxıb və geri qayıtmayıb. Ailəsi bununla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib. Polis onu itkin düşmüş şəxs kimi qeydiyyata alıb və axtarışına başlayıb. Araşdırmalar zamanı A.Süleymanovun Nəsibbəy Yusifbəyli küçəsi 41 ünvanında yerləşən sahibsiz tikilidə asılmış meyiti aşkarlanıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.