Raqif Abbasov: “İslam Həmrəyliyi ili” İslam dünyasına baxış bucağını dəyişməyə çağırışdır”
"Dövlət başçısı İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan etməsi və Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları dünyaya İslam dininin sülh, əminamanlıq dini olmasına çağırışdır”. Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
12 Yanvar 2017 12:26 Sosial"Dövlət başçısı İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan etməsi və Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları dünyaya İslam dininin sülh, əminamanlıq dini olmasına çağırışdır". Bunu Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, "İslam Həmrəyliyi ili" çərçivəsində görülən işlər dünyanın diqqətini İslam ölkələrinə qarşı ədalətsiz yanaşmalara, İslam dininə məxsus islanların qaçqın düşməsinə yönəldəcək, bu dini qeyri-islam ölkələrinə düzgün tərəfdən tanıdacaq: "Azərbaycanda bütün dinlərin nümayəndələrinə yaradılan şərait, buradakı multikultural dəyərlər, tolerantlıq dünya ölkələrinə nümunədir. "İslam Həmrəyliyi ili" dünya ölkələrinin İslam dünyasına baxış bucağını dəyişməyə çağırışdır".
Baş İdarə rəisi Azərbaycanın digər mötəbər beynəlxalq tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunlarına da yüksək səviyyədə ev sahibliyi edəcəyini vurğulayıb: "Bakı-2017" İslam Həmrəyliyi Oyunları bütün İslam ölkələrinin dəyərlərini Azərbaycanda cəmləşdirəcək. Minlərlə idmançı, nümayəndə heyətləri, azarkeşlərin yarışlarda iştirakı, milyonlarla tamaşaçının televiziyalar vasitəsilə Oyunları izləməsi, aparıcı mətbuat orqanlarının yarışları işıqlandırması bəzi qüvvələrin dünyada yaymağa çalışdığı islamfobiyanın qarşısını alacaq".