Kimsəsiz uşaqların müayinə və müalicəsi təşkil edilib
"Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə Bakının Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağında yerləşən uşaqların müayinəsi həyata keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, müayinəni həkim - pediatr, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva aparıb. Müayinələr zamanı uşaqların fiziki sağlamlığı dəyəndirilərək, uşaqların sağlamlığında olan qüsur və patologiyalar müəyyən olunaraq, uyğun müayinə və müalicələr tövsiyə edilib. Eyni zamanda, bəzi reseptsiz dərmanlar uşaqlara təqdim olunub. Təşkilatın rəhbəri Ruhiyyə Məmmədova sonda "Ümid Yeri" Uşaq Sığınacağının müdiri Nigar Mənsimliyə onlara yaradılan şəraitə, həkim - pediatr Sveta Rəfiyevaya bu aksiyaya dəstək verdiyinə görə təşəkkür edib.
12 Yanvar 2017 11:50 Sosial"Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyinin təşəbbüsü ilə Bakının Binə qəsəbəsində yerləşən "Ümid Yeri" Uşaq Sığınacağında yerləşən uşaqların müayinəsi həyata keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, müayinəni həkim - pediatr, tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva aparıb. Müayinələr zamanı uşaqların fiziki sağlamlığı dəyəndirilərək, uşaqların sağlamlığında olan qüsur və patologiyalar müəyyən olunaraq, uyğun müayinə və müalicələr tövsiyə edilib. Eyni zamanda, bəzi reseptsiz dərmanlar uşaqlara təqdim olunub. Təşkilatın rəhbəri Ruhiyyə Məmmədova sonda "Ümid Yeri" Uşaq Sığınacağının müdiri Nigar Mənsimliyə onlara yaradılan şəraitə, həkim - pediatr Sveta Rəfiyevaya bu aksiyaya dəstək verdiyinə görə təşəkkür edib.
Xatırladaq ki, xeyriyyə tədbiri "Ahıllara və Tənhalara Dəstək" İctimai Birliyi tərəfindən həyata keçirilən "Kimsəsiz uşaqların sağlamlığına dəstək olaq" adlı aksiya çərçivəsində baş tutub.