Tarix Muzeyi yeni materiallarla zənginləşir
Milli Azərbaycan Tarixi Muzeyi milli mədəniyyətimizin öyrənilməsində, təbliğində əhəmiyyətli rol oynayan materialların əldə olunmasına xüsusi diqqət yetirir və mütəmadi olaraq yeni hədiyyələrlə zənginləşir.
11 Yanvar 2017 18:50 SosialMilli Azərbaycan Tarixi Muzeyi milli mədəniyyətimizin öyrənilməsində, təbliğində əhəmiyyətli rol oynayan materialların əldə olunmasına xüsusi diqqət yetirir və mütəmadi olaraq yeni hədiyyələrlə zənginləşir.
Milli Azərbaycan Tarixi Muzeyindən "Olaylar" - a verilən məlumata əsasən muzeyə Firuzə Hacıbaba qızı Zeynalova tərəfindən yeni hədiyyələr - Sovet ordusunun general-mayoru Hacıbaba Zeynalova məxsus kortik və qol saatı bağışlanılıb.
Kortikin dəstəyi açıq qəhvəyi rənglidi, baş hissəsi qızıl suyuna salınmış latundandı. Dəstəyin üzərində SSRİ-nin qerbi və beş güşəli ulduz, tiyənin üzərində isə "1955" və "NM 0784" yazısı həkk olunub. Kortikin qını qara dəridəndi, üzərinə 3 ədəd lövhə bərkidilib. Qının baş hissəsinin bir üzündə Moskva Kremlinin Spas qülləsi, digər üzündə isə ulduzun içərisində oraq və çəkic təsvir olunub.
Digər eksponat - korpusu sarı metaldan olan qol saatıdı. Hədiyyənin arxa hissəsində rus dilində - "Генерал-майору запаса Зейналову Г. В день 50-летия Вооруженных сил. От министра обороны СССР". "Противоударные. Пылезашитные. 2214" yazısı həkk olunub. Qəbul edilən materiallar muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda mühafizə olunur.