Dini ekstremizmin yaranma səbəbləri müzakirə edilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən yanvarın 11-də “Tolerantlıq ənənələrinin qorunub saxlanılması” layihəsi çərçivəsində “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər “İmamzadə” məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev açaraq dini radikalizm və ekstremizmə qarşı mübarizə üsullarından, ekstremizmin fəsadlarından, eləcə də bu sahədə mövcud qanunvericilikdən bəhs edib.
11 Yanvar 2017 18:56 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bərdə şəhər "İmamzadə" məscidi dini icması tərəfindən yanvarın 11-də "Tolerantlıq ənənələrinin qorunub saxlanılması" layihəsi çərçivəsində "Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və onun fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, şöbənin əməkdaşları Rahib İbrahimov və Fuad Şirinov, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, Bərdə şəhər "İmamzadə" məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, dindarlar, dini icmaların nümayəndələri, təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri giriş sözü ilə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev açaraq dini radikalizm və ekstremizmə qarşı mübarizə üsullarından, ekstremizmin fəsadlarından, eləcə də bu sahədə mövcud qanunvericilikdən bəhs edib.
Çıxış edən natiqlər ölkəmizdə mövcud tolerant mühitdən danışaraq dövlətin bu sahədə yürütdüyü uğurlu siyasətdən, tolerant və multikultural dəyərlərin Azərbaycanda tarixən mövcud olmasından, bu dəyərlərin daha da inkişaf etdirilməsi və təbliğinin vacibliyindən, dini radikalizmin zərərlərindən bəhs ediblər. Tədbirin sonunda DQİDK tərəfindən çap edilmiş kitablar iştirakçılara paylanılıb.