Bilik Fondu  ilə Elmi-Metodiki Mərkəzi arasında memorandum imzalandı

11 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu  və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi arasında mövcud qanunvericiliyə və öz nizamnamələrinə uyğun olaraq Anlaşma Memorandumu imzalanmışdı.

Fondun icraçı direktoru Oktay Səmədov və Mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək bildirdilər ki, Memorandumun məqsədi Bilik fondu və Elmi-Metodiki Mərkəz arasında işgüzar elmi-mədəni əlaqələrinin qurulması, respublikamızda fəaliyyət göstərən aidiyyatı sahələrin əməkdaşları üçün təlimlər, prioritet istiqamətlərdə müxtəlif maarifləndirici aksiya və seminarlar keçirməklə ölkə vətəndaşları üçün fayda verəcək bilik və bacarıqların artırılması, göstərilən sahəyə müvafiq yeni elmi-metodiki üsulların axtarışları, habelə daha kreativ biliklərin mənimsənilməsi və tətbiqinə nail olmaqdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31