Suraxanı sakinləri pulsuz göz müayinəsindən keçirilir

Suraxanı rayon İcra Hakimiyyətinin “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi ilə birgə təşkil etdiyi "İşığlı Həyat" adlı aksiyanın növbəti mərhələsinə start verilib.

Suraxanı rayon İcra Hakimiyyətinin "Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyi ilə birgə təşkil etdiyi "İşığlı Həyat" adlı aksiyanın növbəti mərhələsinə start verilib. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, aksiyada "Xəzər Qayğıkeşlik Layihəsi" Humanitar İctimai Birliyinin həkim heyəti rayon sakinlərinin göz müainəsini həyata keçirirlər. "İşığlı Həyat" aksiyasının keçirilməsində məqsəd gözündə müəyyən xəstəliklər olan şəhid və aztəminatlı, imkansız ailələrdən, rayonda məskunlaşmış məcburi köçkünlərdən bir qisminə Azərcellin təqdim etdiyi xüsusi avadanlıqlarla təchiz olunmuş Mobil Göz klinikasında (avtomobildə) həkimlər tərəfindən oftalmoloji xidmər göstərməkdir. Ilkin olaraq rayonun Əmircan qəsəbəsində, 13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının qarşısında yerləşdirilmiş Mobil Göz klinikasında (avtomobildə) həkimlər tərəfindən oftalmoloji müayinəyə ehtiyacı olan 34 nəfər Əmircan və Bülbülə sakininə xidmər göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31