Azərbaycan tarixini kimlər təhrif edir?
İllərlədir ki, Azərbaycan tarixinin təhrif olunması halları müşahidə olunur. Belə hallar Azərbaycanı istəməyən qüvvələr, xüsusən də əbədi və əzəli Azərbaycana düşmən kəsilmiş mənfur ermənilər tərəfindən həyata keçirilir. Nə yazıqlar ki, bilərkdən, yaxud bilməyərəkdən bu siyasətə rəvac verən, erməni “dəyirmanına su tökən” daxili satqınlarımız day yox deyil.
11 Yanvar 2017 14:26 SosialYaqub Mahmudov: "Bu işlərin haradan gəlməsinin qarşısı alınmalıdır"
İllərlədir ki, Azərbaycan tarixinin təhrif olunması halları müşahidə olunur. Belə hallar Azərbaycanı istəməyən qüvvələr, xüsusən də əbədi və əzəli Azərbaycana düşmən kəsilmiş mənfur ermənilər tərəfindən həyata keçirilir. Nə yazıqlar ki, bilərkdən, yaxud bilməyərəkdən bu siyasətə rəvac verən, erməni "dəyirmanına su tökən" daxili satqınlarımız day yox deyil. Məsələ orasındadır ki, təhrif olunmuş tariximiz internet şəbəkəli vasitəsilə yayılır və məkirli düşmənlərimiz həmən bu faktdan bizə qarşı istifadə edir. Məsələn, bir müddət öncə məşhur "Wikipedia" səhifəsi Azərbaycan tarixini təhrif etmişdi. Belə ki, "Wikipedia"-nın türk dilində fəaliyyət göstərən səhifəsində 1514-cü il avqustun 23-də Osmanlı İmperiyası ilə Səfəvilər dövləti arasında baş vermiş "Çaldıran döyüşü" barədə məlumatlarda təhrifə yol verilib. Belə ki, Wikipedia"-nın türk dili səhifəsində Səfəvilər İmperiyası İran dövləti, "Çaldıran döyüşü" isə İran-Osmanlı müharibəsi kimi qeyd olunur. Əslində isə Səfəvilər İmperiyası 1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan ərazilərini əhatə edib, Azərbaycanın varisi olduğu tarixi Azərbaycan dövlətidir. Dövlətin əsasını Azərbaycanın tarixi sərkərdəsi Şah İsmayıl Xətai 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoyub. Hazırda da Azərbaycan tarixinə xələl gətirməyə çalışan qüvvələr açıq-aşkar fəaliyyətlərini davam etdirilər. Məsələn, parlamentin sin iclasında millət vəkili Siyauş Novruzov bəyan etmişdi ki, orta məktəblərin 8-ci siniflərinin rus bölməsində Azərbaycan tarixindən 2 dərslik- "Azərbaycan tarixi" və "Qarabağ tarixi" tədris edilir. Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bildirib ki, Azərbaycan tarixinin tədrisində "Azərbaycan tarixi" və "Qarabağ tarixi" dərsliklərinin olması doğru deyil: "Azərbaycanda yerli-yersiz tarix məsələlərinə girişirlər. Bununla da bizim mənəvi sistemimizə, milli ideologiyamıza ağır zərbə vurular. Hazırda biz tarix fəninin 10-cu sinfini işləyirik. Bununla bağlı Təhsil Nazirliyi tərəfindən xüsusi olaraq elan verilir, mətnlər hazırlanır və müsabiqələrdən keçirilir. Bu dərsliklər sirasında "Qarabağ tarixi" adlı dərslik yoxdur. Bunu kim dərs vəsaiti kimi daxil edibsə, bu Azərbaycanın tarix elminə qarşı bir təxribatdır. Heab edirəm ki, belə hallar aradan qaldırılmalıdır". Y.Mahmudov əlavə edib ki, bizim xalqımızın bir tarixi var-Azərbaycan tarixi. Odur ki, Qarabağ tarixi də tariximizin ayrı-ayrı dövrlərində Azərbaycan tarixinn təkib hissəsi kimi tədris olunmalıdır: "O cümlədən, 1918-ci ilə qədər İrəvan bölgəsinin tarixi də Azərbaycan tarixinin üzərində getməlidir. Həmin illərə qədər Dərbənd də bizim üzərimizdə getməlidir. Türkmənçaya qədər bizim şimallı,cənublu tariximiz eyni dərslik altında öyrənilməlidir və belə də öyrənilir. Qarabaq tarixini ayrıca fənn kimi tədrisə daxil edənlərə kəskin etirazımı bildirirəm. Çünki, bizim Azərbaycan tarixi məsələləri ölkə başçısının birbaşa təşəbbüsü, tövsiyyəsi və tapşırığı ilə işlənilir. Bu işlərin haradan gəlməsinin qarşısı alınmalıdır. Bir də görürsən ki, Alban mədəniyyətinin abidələrinin adını Qafqaz albaniyası qoyurlar ki, bununla da türk tarixi tamamilə silinir. Belə halların qarşısını almaqdan ötrü xüsusi dövlət proqramı olmalıdır ki, hazırda bunun layihəsi hazırlanır. Öyrənmək lazımdır ki, bu işlər haradan qaynaqlanır? Azərbaycanda tarix elminin araşdırılması üçün bir mərkəz var, prezident sərəncamı ilə bu mərkəz yaradılıb. Ona görə də mən belə fəaliyyətə kəskin etirazımı bildirirəm. Azərbaycanın vahid tarixi var və vahid Azərbaycan altında da bizim tariximiz müxtəlif dövrlərə qədər öyrədilməlidir". İnstitut derektoru əlavə edib ki, bizim tariximiz müxtəlif dövrlərə qədər təhrif edilib: "Bunların bəzisi ilə bağlı mən prezidentə müraciət etmişəm və lazımi tədbirlər görülüb. Hazırda da bu işlər sürətləndirilməlidir. Məsələn, erməni Lalayan vaxtilə Şamaxıda Şirvanşahlar sarayının olduğu şəhərin ən yüksək yerindəki Şirvanşah saray kompleksinin üstünü torpaqla doldurub özünə ev tikdirib. Bu gün də orada dörd otaqdan ibarət bir mərtəbəli ev var. 1918-ci ildə də Lalayanın evindən Şamaxı bombardman olunub, o cümlədən də prezident İlham Əliyevin bərpa etdirdiyi Şamaxı Məscidi. İndi onun üstündəki dörd otqlı ev kimə lazımdır? O bərpa olunmalıdır, Şirvanşahlar sarayı arxeoloyi qazıntılarla üzə çıxarılıb səlahiyyətli orqanlar tərəfindən qorunmalıdır". Onun sözlərinə görə, belə faktlar Azərbaycanın müxtəlif bölgələrində mövcuddur: " Şəkidə Xan Sarayının həyətində dairəvi şəkildə abidə var. 1830-40-cı illərdəki Ülusu Şəki üsyanından sonra təzədən o dairəvi abidəyə iki tərəfdən iç çıxarıb onu xristian kilsəsinə döndərib, arxasına da bir-iki erməni, gürcü qəbri qoyublar. Bu abidə belə vəziyyətdə indi də orada durur. Bununla da bağlı cənab prezidentə müraciət etmişik və müvafiq göstərişlər verilib. Hesab edirəm ki, vaxtdır ki, bizim hansı dövrə aid olmasından asılı olmayaraq təhrif olunmuş tarixi abidələrimiz əvvəlki formasına və yerinə qaytarılsın. Bu dəyişikliklər düzgün tariximiz üçün son dərəcə vacibdir". O, əlavə edib ki, vətəndaşlara pay torpağı kimi bölüşdürülən yerlədə də çoxlu sayda tarixi abidələrimiz batır: "Mənə elə gəlir ki, həmin yerlərin əvəzinə vətəndaşlara başqa torpaq sahələri verilməlidir ki, tarixi abidələr olan ərazilərdə qazıntı işləri aparıla bilsin".
Alim