Gündəm
Ramil Şeydayev Çexiya klubuna keçir
"Trabzonspor"da işləri yolunda getməyən Ramil Şeydayevin gələcək taleyi müəyyənləşmək üzrədi. Qrşıdakı günlərdə millimizin üzvünün yeni klubu bəlli olacaq.
Aİ-nin xüsusi nümayəndəliyi Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı çağırışları dəstəkləyir
“Biz ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən qanlı toqquşmadan xəbərdarıq”. Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin mətbuat xidmətindən bildirilib. Mətbuat xidmətindən baş verən hadisədən narahatlıq ifadə olunub: “Bu baxımdan biz tərəfləri atəşkəsə hörmət etməklə bağlı çağırışımızı təkrarlamaq istərdik. Biz ATƏT-in Minsk qrupunun fəaliyyətini tam dəstəkləyirik. Onların yanvarın 9-da bu məsələnin istisnasız olaraq humanitar xarakterli olmasını nəzərə alaraq 2010-cu ildə Həştərxan görüşündə əldə olunan razılaşmaya uyğun olaraq insan qalıqlarının geri qaytarılması ilə bağlı çağırışlarını dəstəkləyirik.
Avropanın "ən yaşlı" liqaları məlum oldu
Avropaya daxil olan ölkələrin çempionatlarda orta yaş göstəricisi açıqlanıb. Rusiya və Türkiyə liqaları 27.1 il göstəricisi ilə ilk pillədə qərarlaşıb. Dünyada 3 çempionatda orta yaş göstəricisi bundan daha yüksəkdir. Bunlar Qətər (27.2), Filippin (27.3) və Tayland (27.5) çempionatlarıdır. Avropanın ən cavan liqası Hollandiya çempionatının 2-ci divizionudur - 23.1 il. Goal.az
"Premyer Liqada istənilən rəqibi məğlub etmək olar"
Fransa millisinin sabiq futbolçusu Klod Makelele "Suonse"də Pol Klementin köməkçisi kimi çalışacaq. Dünya və Avropa çempionu təyinatından sonra Uels klubunun rəsmi saytına bunları deyib: "Pol mənə çox şey öyrədib.
FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qış mövsümü ilə əlaqədar əhalinin təbii qaza olan tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması dəm qazı təhlükəsi yaradır. Ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün aşağıda göstərilən qaydalara əməl edilməlidir:
MTN-nin sabiq şöbə rəisinin məhkəməsi davam edib
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Dövlət idarəsi ATV-nin "Yoxlama"sını YIXIB-SÜRÜDÜ: "Azər və onun dəstəsi..."
Bakı Şəhəri üzrə Təhsil İdarəsi "ATV" telekanalından yayımlanan "Yoxlama" verilişinin çəkilişi zamanı məktəblərdə yaşanmış problemə aydınlıq gətirib.
Avstriya ATƏT ərazisindəki münaqişələrin həlli üzərində çalışacaq
"Avstriyanın ATƏT-ə sədrliyi müddətində əsas prioritetlərindən biri təşkilat ərazisində mövcud olan münaqişələrdə eskalasiyanın qarşısının alınması üçün təhlükəsizlik sahəsində kollektiv fəaliyyət olacaq". Bunu Vyanada Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.
Çindən Trampa CAVAB: "Barmaq silkələmək olmaz!"
Çin istənilən formada kiberhücumların əleyhinədir və digər ölkələri, o cümlədən ABŞ-ı "bir-birinə barmaq silkələməyə" deyil, əməkdaşlığa çağırır. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan deyib. L.Kan bildirib ki, Çin digər ölkələrlə kiber məkanın müdafiəsi sahəsində əməkdaşlığa sadiqdir.
Trampın mətbuat konfransından sonra dollar zəifləyir
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ötən gün baş tutan ilk mətbuat konfransından sonra dollar avro və Yaponiya yeninə nisbətən ucuzlaşır. D. Trampın öz çıxışında iqtisadi məsələlərə daha az yer ayırması dolların məzənnəsinə neqativ təsir edib.
Soyqırımı cinayəti ilə bağlı yeni qanun hazırlanır
Azərbaycan Milli Məclisinin yaz sessiyasında soyqırımı, bununla bağlı məsuliyyətlər barədə bir neçə qanuna dəyişikliklərlə bağlı layihələr, o cümlədən yeni qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulur. Məlumata görə, yeni “Soyqırımı cinayətləri və onların məsuliyyəti haqqında” qanun layihəsinin hazırlığı artıq başa çatmaq üzrədir.
Ərdoğan və Putin arasında telefon danışığı olub
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.
Xətai rayonunda yeni yol inşa olunub
Xətai rayonu Yusif Səfərov və Fəzail Bayramov küçələri arasında vətəndaşların rahatlığı üçünsalınan yeni yolun inşası ilə bağlı aparılan işlər başa çatdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə həyata keçirilib.
Şəki teatrında türk yazıçısının əsəri səhnələşdirilir
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında türk yazıçısı Hidayət Sayanın “Davul səsi” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşanın məşqlərinə başlanılıb.
Azərbaycan diaspor nümayəndələri Sarıqamış şəhidıərini yad edib
Sarıqamış döyüşünün 72-ci ildönümü ilə əlaqədar Türkiyədəki bir sıra Azərbaycan diaspora təşkilatlarının nümayəndələri şəhidlərin xatirəsini yad edib. “OLAYLAR”-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə quruma üzv olan cəmiyyətlər – Derince Azərbaycan Evi, Qars Azərbaycan Evi, eləcə də Kocaeli, Qars və Türkiyənin digər şəhərlərindəki təşkilatların nümayəndələri Sarıqamışda toplaşıb. Qars valisi Rahmi Doğan başda olmaqla 35 nəfərlik qrup Sarıqamış şəhidlərinin xatirəsini əbədiləşdirən abidəni ziyarət edib, xatirə şəkilləri çəkdiriblər. Ziyarətin məqsədi iki ölkə arasında dost və qardaşlıq bağını daha da möhkəmləndirmək, Sarıqamış faciəsinin, Xocalı soyqrımının hər iki xalqın acısı olduğunu bir daha vurğulamaqdır.














