Gündəm
Paytaxt küçələrini qaranlığa qərq edən saxlanıb
2016-cı ilin noyabr ayı ərzində Yeni Suraxanı qəsəbəsi ərazisində Bakı Abadlıq Xidməti MMC tərəfindən divarları işıqlandırmaq üçün quraşdırılmış 54 ədəd yer spotu oğurlanmış, 10 ədəd spot isə yararsız hala salınmışdır. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Yusif Rzayev tutulub.
Millət vəkili universitetə buraxılmayan milli qəhrəmandan yazdı
Mətbuatda Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun özünü təqdim etsə də, Bakı Slavyan Universitetinin binasına buraxılmaması və onun gəldiyinin rektora məruzə edilməməsi haqqında xəbər oxudum.
Ev sahibinə hədə-qorxi gələrək mənzili qarət etdilər
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, araşdırma zamanı bəlli olub ki, E.Hümbətzadəni bıçaq və silaha bənzər əşya ilə hədələyib evdən 450 manat pul, 2 ədəd mobil telefon və 3 noutbuk aparan şəxslər Sumqayıt şəhər sakinləri Nahid Eyvazov və Elman Sadıqovdur. Onların əvvəllər məhkum olunduqları müəyyən edilib. N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülüb.
Politoloq: “Rusiya regionda sülhün yaranmasında maraqlı deyil”
“Dağlıq Qarabağın Rusiya və Ermənistanın birləşmiş qüvvələri tərəfindən işğalının davam etməsi regionda fasiləsiz gərginlik şəraiti yaradır. ATƏT-in m Minsk qrupunun həmsdərlərindən olan Rusiya münaqişənin həlli prosesində yalnız tərəf kimi çıxış etməlidir. Əslində Ermənistan bu prosesdən kənarlaşdırılmalıdır və danışıqlar birbaşa Rusiya ilə aparılmalıdır. Münaqişənin həlli üçün Ermənistanla əldə olunmuş razılıqlara baxmayaraq bu razılaşmaların gerçəkləşməsinə qarşı ciddi əngəllər vardır. Madrid prinsipləri razılşaması da bu qəbildəndir”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
"Messi olsa belə, "Neftçi"də sevilməyəcək"
Ruslan Abışovun transferinə qarşıyıq. Onu yenidən "Neftçi"nin formasında görmək istəmirik.
"Qalatasaray"dan növbəti transfer
"Qalatasaray" qış fasiləsində ikinci transferini həyata keçirib. "Cim-bom" "Gənclərbirliyi"nin müdafiəçisi Ahmet Çalıkı heyətinə cəlb edib.
Yanvar ayının pensiyalarının maliyyələşdirilməsi yaxın günlərdə təmin ediləcək
"Yaxın günlərdə yanvar ayının pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin pensiyaçıların hesablarına köçürülməsinə başlanılacaq. Azərbaycanda əmək pensiyalarının maliyyələşməsində hər hansı problem mövcud deyil”.
“Konfutsi İnstitutlarının fəaliyyətlərinin aktual məsələləri” adlı seminar keçirilib
Yanvarın 12-də Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin təşəbbüsü olan “Bir kəmər bir yol” kontekstində “Konfutsi İnstitutlarının fəaliyyətlərinin aktual məsələləri” adlı elmi seminar keçirilib.
Avtomobil oğrularının qolları qandallandı
Yanvarın 10-da avtomobil qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakinləri saxlanılıblar. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Cəfər Cəfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sabirabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Elvin Məmmədov və Həsənağa Bayramnov saxlanılıblar.
3 avtomobildən akkumlyator oğurlayan ələ keçib
Səbail rayonu ərazisində 3 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 8-də və 10-da rayon ərazisində 3 avtomobildən akkumlyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Firudin Əmrahi tutulub.
İnək oğrusu aradan çıxa bilmədi
Ağdam rayon sakininə məxsus 2 baş inəyi kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən rayon sakinləri tutulublar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarıcalı kənd sakini Əli Baxşəliyevə məxsus 2 baş inəyi kəndin otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən rayon sakinləri Aydın Zamanov tutulmuş, əvvəllər məhkum olunmuş Fəxri Mustafayev müəyyən edilib. Daxil olmuş əməliyyat məlumatı əsasında F.Mustafayevin Bakı şəhərinə getdiyi avtomobil Hacıqabul rayonunun Nəvai qəsəbəsi ərazisindəki BDYPİ-nin stasionar postunda saxlanılaraq RPŞ-yə təhvil verilib.
Layihə iştirakçıları mükafatlandırılıb
Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş ''Kvant fizikası gənc alimlərin təqdimatında'' layihəsinin bağlanış-mükafatlandırma mərasimi keçirilib.
Park Cinemada görüş
"Naxox" kinokomediyası artıq kinostudiyalarda tamaşaçılara təqdim edilir. Filmin əsas qəhrəmanlar ilə görüşmək, şəkil çəkdirmək və onlarla birlikdə bu filmi izləmək istəyənlər üçün Park Cinemada görüş təşkil olunacaq.
Təyyarədə dava
Beyrutdan Londona uçan Livan Middle East Airlines hava yollarına məxsus təyyarə İstanbul Atatürk havalimanına təcili eniş etməyəməcburolub. Təcili enişin səbəbi isə sərnişinlərdən birinin styuardessayahücum etməsidi. Qadına hücüm edən şəxsə başqa sərnişinlər müdaxiləedib və təyyardəmünaqişə yaşanıb.
Azərbaycanda plüralizm ənənələri inkişaf etdirilir
Plüralizm sözü son onilliklər ərzində cəmiyyətimizdə, ictimai həyatımızda tez-tez işlənən sözlərdəndir. Çox vaxt bu sözün əsl mənasına varmadan ondan istifadə edirik. Bəzən də onu yalnız istədiyimiz mənada səsləndiririk. Elə Qərb mütəxəssislərinin də “plüralizm” və onun ayrılmaz hissəsi hesab olunan “tolerantlıq” barədə fikirləri müxtəlifdir.














