Layihə iştirakçıları mükafatlandırılıb
Bakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş ''Kvant fizikası gənc alimlərin təqdimatında'' layihəsinin bağlanış-mükafatlandırma mərasimi keçirilib.
12 Yanvar 2017 15:13 SosialBakı Ali Neft Məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilmiş chr("39")chr("39")Kvant fizikası gənc alimlərin təqdimatındachr("39")chr("39") layihəsinin bağlanış-mükafatlandırma mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, BANM-in rektoru Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətini çox yüksək qiymətləndirərək gənclərə göstərilən dəstəyə görə təşəkkür edib. Rektor 2016-cı ildə BANM-in əməkdaş və tələbələrinin 8 layihəsinin Fondun müsabiqəsindən keçdiyini, bu layihələrin icrasına Ali Məktəb tərəfindən yüksək səviyyədə dəstək verildiyini vurğulayıb. chr("39")chr("39")Kvant fizikası gənc alimlərin təqdimatındachr("39")chr("39") adlı layihənın rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı bildirib ki, gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə 2016-cı ilin noyabrından etibarən hər həftənin bazar günü olmaqla 5 həftə davam etmiş və bütün təlimlər BANM-də keçirilib. Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıb.