Millət vəkili universitetə buraxılmayan milli qəhrəmandan yazdı
Mətbuatda Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun özünü təqdim etsə də, Bakı Slavyan Universitetinin binasına buraxılmaması və onun gəldiyinin rektora məruzə edilməməsi haqqında xəbər oxudum.
12 Yanvar 2017 15:48 SosialAydın Mirzəzadə: "Bu günkü stabil həyatımızın olmasında müharibə veteranlarının rolu böyükdür və hər kəsin bu insanlara qarşı diqqətli olması həddən artıq vacibdir"
Mətbuatda Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənovun özünü təqdim etsə də, Bakı Slavyan Universitetinin binasına buraxılmaması və onun gəldiyinin rektora məruzə edilməməsi haqqında xəbər oxudum. Xəbər mənə pis təsir etdi". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri öz facebook profilində millət vəkili Aydın Mirzəzadə yazıb. O, qeyd edib ki, bu günkü stabil həyatımızın olmasında müharibə veteranlarının rolu böyükdür və hər kəsin bu insanlara qarşı diqqətli olması həddən artıq vacibdir: "Bu məsələdə Azərbaycan dövləti və prezident cənab İlham Əliyevin münasibətləri hər kəsə yaxşı nümunədir. Məsələyə universitet rektoru Nurlana xanım Əliyevnanın məsələdən hali olan kimi dərhal rekasiya verməsi və Milli Qəhrəmana zəhg etməsi anlaşılmazlığı aradan qaldırılmasına kömək edir. Milli Qəhrəmanımızın mobil telefon nömrəsini taparaq ona zəng etdim. Ona qarşı edilən hərəkətdən hiddətləndiyimi və müharibə veteranblarına diqqətin hər kəs tərəfindən göstərilməsinin vacibliyin dedim. Onunla fəxr etdiyimizi, onun qəhrəmanlığının artıq tarixə çevrildiyini bildirdim. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində iştiraklarının vacib və arzuolunan olduğunu bildirdim. Onun universitetə gəlmək məramının çox xoş olduğunu və alqışlandığını qeyd etim. Sonda bildirdim ki, bundan sonra onun Bakı Slavyan Universitinin və Azərbaycanın istənilən ali məktəbinin gözlənilən qonağı olacağına inanıram".