Azərbaycan diaspor nümayəndələri Sarıqamış şəhidıərini yad edib
Sarıqamış döyüşünün 72-ci ildönümü ilə əlaqədar Türkiyədəki bir sıra Azərbaycan diaspora təşkilatlarının nümayəndələri şəhidlərin xatirəsini yad edib. “OLAYLAR”-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə quruma üzv olan cəmiyyətlər – Derince Azərbaycan Evi, Qars Azərbaycan Evi, eləcə də Kocaeli, Qars və Türkiyənin digər şəhərlərindəki təşkilatların nümayəndələri Sarıqamışda toplaşıb. Qars valisi Rahmi Doğan başda olmaqla 35 nəfərlik qrup Sarıqamış şəhidlərinin xatirəsini əbədiləşdirən abidəni ziyarət edib, xatirə şəkilləri çəkdiriblər. Ziyarətin məqsədi iki ölkə arasında dost və qardaşlıq bağını daha da möhkəmləndirmək, Sarıqamış faciəsinin, Xocalı soyqrımının hər iki xalqın acısı olduğunu bir daha vurğulamaqdır.
12 Yanvar 2017 15:50 SosialSarıqamış döyüşünün 72-ci ildönümü ilə əlaqədar Türkiyədəki bir sıra Azərbaycan diaspora təşkilatlarının nümayəndələri şəhidlərin xatirəsini yad edib. "OLAYLAR"-ın Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə quruma üzv olan cəmiyyətlər - Derince Azərbaycan Evi, Qars Azərbaycan Evi, eləcə də Kocaeli, Qars və Türkiyənin digər şəhərlərindəki təşkilatların nümayəndələri Sarıqamışda toplaşıb. Qars valisi Rahmi Doğan başda olmaqla 35 nəfərlik qrup Sarıqamış şəhidlərinin xatirəsini əbədiləşdirən abidəni ziyarət edib, xatirə şəkilləri çəkdiriblər. Ziyarətin məqsədi iki ölkə arasında dost və qardaşlıq bağını daha da möhkəmləndirmək, Sarıqamış faciəsinin, Xocalı soyqrımının hər iki xalqın acısı olduğunu bir daha vurğulamaqdır.