Gündəm
Yuri Monçak Azərbaycan səhnəsində
Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası keçiriləcək.
ATƏT sədri Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək
Avstriyanın xarici işlər naziri,ATƏT-in fəaliyyətdə olan sədri Sebastian Kurz yanvarın 17-18-də Moskvaya səfər edəcək. Bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Çelsi" London merindən razılıq aldı
"Çelsi" Londonun Hammersmit və Fulhem bürolarından "Stamford Bridge" stadionunda rekonstruksiya işlərinin aparılması üçün icazə alıb.
Üç min nəfərlik fahişə ordusu qurdular - ŞOK
Fəthullahçı Terror Təşkilatı (FETÖ) 3 min nəfərlik fahişə ordusu qurub. Bu haqda FETÖ ilə əlaqədar istintaq işində ifadə verən təşkilatın hərbi məsələləri üzrə keçmiş məsul şəxsi olan imam Çətin Acar deyib.
Sui – qəsdin qarşısı alındı
Türkiyənin Diyarbəkir vilayətinin Kayapınar bölgəsinin İcra Hakimiyyəti Başcısına PKK terror təşkilatı tərəfindən sui qəsd hazırlandığı məlum olub. Hazırlanan sui qəsdin qrşısı son dəqiqə alınıb. Polisin apardığı əməliyyat nəticəsində sui -qəsdi hazırlayan şəxsin yeri müəyyən edilib. İlk olaraq terroroçuya təslim olmaq təklif edilib. Ancaq o polis komandasına atəş açıb. Baş verən silahlı qarşıdurmada terrorçu məhv edilib. Hadisə ilə əlaqədar araşdırma başladılıb. Xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Tramp barədə kompromat dosyesi hazırlayan Britaniya casusu qaçdı
"The Daily Telegraph" yazır ki, Donald Tramp barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra "həyatnın təhlükədə olmasından narahatdır". Məqalədə deyilir ki, adının tezliklə açıqlanacağını hiss edən 52 yaşlı Kristofer Steel Londonun Surrey qraflığındakı evindən qaçıb.
Daşınmaz əmlakın qeydiyyatında daha bir yenilik
Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik baş verib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər.
Dünyamalı necə Daniel ola bilmədi, yaxud 86 adama imtina - SİYAHI
"Ötən il Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 286 müraciət daxil olub".
“Soyuq müharibə”dən sonra ilk dəfə: Rusiya sərhədlərində SAVAŞ HAZIRLIĞI
Ərdoğan: “Qurmaq istədikləri yeni dünyada Türkiyəyə...”
“Birinci və ikinci dünya müharibələrindən sonra olduğu kimi, indi də yeni bir dünya qurmağa, Türkiyəyə də bir rol ayırmağa çalışırlar”.
"Putinlə Tramp yola gedəcək"
Moskvada əmindirlər ki, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə hörmət daha çox olmalıdır və ümid edirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla dialoq mümkün olacaq. Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Tovuzda 2 otaqlı ev yanıb
Tovuz rayonu, Əyyublu kəndində vətəndaşa məxsus 2 otaqlı evdə yanğın qeydə alınıb. FHN-dən verilən məlumata görə, nəticədə ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin mətbəxinin lambirdən ibarət tavanı 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ev sahibinin yanmış meyiti tapılıb
Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindənn verilən məlumata görə, nəticədə ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda atelye yanıb
Bakı şəhəri, Səbail rayonunda çoxmənzilli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən mlumata görə, nəticədə binanın 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan atelyenin 1 otağında məişət əşyaları 4 m² sahədə yanıb. Atelyenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək
16 yanvar 2017-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.














