Daşınmaz əmlakın qeydiyyatında daha bir yenilik

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik baş verib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər.

"Əmlakın qeydiyyatı kalkulyatoru" vətəndaşların istifadəsinə verilib 

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və əmlakla bağlı xidmətlər sahəsində daha bir yenilik baş verib. İndi ölkə vətəndaşları, fiziki və hüquqi şəxslər əmlakla bağlı qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablaya biləcəklər. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi internet səhifəsində (emdk.gov.az) ilk dəfə olaraq "Əmlakın qeydiyyatı Kalkulyatoru" yaradılaraq əhalinin istifadəsinə verilib. Komitədən "Olaylar"a verilən məlumata görə, bununla bağlı Komitə tərəfindən 12 yanvar tarixində media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən əmlakın qeydiyyatı sisteminin sadələşdirilməsi, sosial innovasiyaların tətbiqi və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31