Gündəm

20 Yanvar – Millətin Azadlıq ruhunu oyadan gün!

20 Yanvar 2017 06:59

1990-cı ilin 20 yanvar  gecəsindən üç on ilə yaxın vaxt keçib. Amma o qanlı gecənin acı  xatirəsi, kədərli təəssüratları  hələ də  insanların ürəyini göynədir, içini qanadır. Həmin gecənin qan-qadası, qorxusu, eləcə də  millətin azadlıq mübarizəsinə köklənmiş ruhu daha neçə on illər, neçə yüz illər qan yaddaşına dönüb nəsildən nəsilə ötürüləcək. 

Təmiz bal xarlayır? – İZAHI

19 Yanvar 2017 20:00

Balın orqanizmə nə qədər faydalı olduğunu hamımız bilirik. Bu təbii qidanın faydaları saymaqla bitməz. Amma əlbəttə, söhbət təmiz baldan gedir. Bəs təmiz balı necə tanımalı? Çoxları xarlamış balın təmiz olmadığını zənn edir. Bu, həqiqətən belədirmi? Bu suala aydınlıq gətirməyə çalışacaq.

Əhvalınızı bir anda düzəldəcək 4 ADDIM

19 Yanvar 2017 19:50

Həyat enerjinizin tamamilə tükəndiyini hiss etdiyiniz bəzi günlər var.  Bir an əvvəl bitsin istədiyiniz, xəyal gücünüzün belə sizi tərk etdiyi, kimsəyə tab gətirə bilmədiyiniz o günlər... Bax, o günlərdə əhvalınızı müsbətə doğru dəyişdirmək üçün Aile.lent.az-ın bu məsləhətlərinə əməl edin.

Qvardiola futbolçularını kinoya apardı

19 Yanvar 2017 19:40

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Tottenhem"la oyundan əvvəl futbolçularla birlikdə kinoya gedib.  46 yaşı tamam olan məşqçi və yetirmələri "La-La Land" kinosunu izləyiblər. "Siti" səfərdə "Suonse"ni 3:1 məğlub etmişdi. Qvardiolanın fikrinə görə, bu tipli təcrübələr komanda ruhunu möhkəmləndirir.  Bu barədə Milli.az "manchestereveningnews"a istinadla xəbər verir.

Ermənistanda gizli atom bombası zavodu var - MKİ arxivindən məxfi sənəd

19 Yanvar 2017 19:30

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ- ingiliscə CİA) yarım əsrlik fəaliyyətinin nəticəsilə bağlı toplanan arxivləri açıqlayıb. 1940-1990-cı illəri əhatə dövrə aid 13 milyon sənəd internetdə yerləşdirilib. Açıqlanan arxivlərdə Vyetnam və Koreya savaşları, soyuq müharibənin gedişatı, vacib elmi araşdırmalar, hətta UNO-ların öyrənilməsilə bağlı materiallar var.

Şəhidlərimizə mahnı həsr olundu - Avropada

19 Yanvar 2017 19:20

Niderlandda şəhidlərimizə həsr olunan mahnı bəstələnib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland Krallığında fəaliyyət göstərən "Odlar Yurdu" cəmiyyətinin rəhbəri, musiqiçi Firəngiz Bağırova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunan mahnı bəstələyib. "Şəhidlər" adlanan mahnının sözləri və musiqisi Firəngiz Bağırovaya məxsusdur. Müəllifin öz ifasında səslənən mahnının oranjimanını Elxan Rzayev edib.

Fransalı yazıçı: "Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir"

19 Yanvar 2017 19:15

Bu gün Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir, insanlar ölkəni tərk edir və oradakı xalq hazırkı rejimə qarşı çevrilir.

Azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənlərini sipər edərək verdikləri mücadilə əsla unudulmayacaq

19 Yanvar 2017 19:12

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 20 Yanvarhadisələrinin 27-ci ildönümü ilə əlaqədar açıqlama yayıb. Səfirlikdən  verilən məlumata görə, açıqlamada deyilir: “Azərbaycanın müstəqilliyi və istiqlalı yolunda aparılan mübarizənin önəmli dönüş nöqtələrindən olan 20 Yanvar 1990-cı il qətliamı və azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənlərini sipər edərək inanc dolu bir ruhla verdikləri mücadilə əsla unudulmayacaq. Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası halına gələn can Azərbaycanın istiqlalı uğrunda bundan 27 il öncə həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi, Azərbaycanla tam həmrəylik hissiyyatımızı vurğulamaq istəyirik”.   Apa.az

Astana görüşü Suriyada atəşkəsin möhkəmlənməsinə yardım edəcək

19 Yanvar 2017 19:10

Rusiya Astanada Suriya ilə bağlı keçiriləcək görüşün ölkədə atəşkəs rejiminin möhkəmlənməsinə yardım edəcəyinə ümid bəsləyir.  

DİQQƏTLİ OLUN: Smayliklər insanın daxili aləmindən xəbər verir

19 Yanvar 2017 19:10

Britaniyanın Ormskirk şəhərindəki Ec-Hill Universitetinin bir qrup tədqiqatçısı belə qənaətə gəlib ki, insanların internetdə yazışma zamanı istifadə etdikləri “yardımçı” kommunikasiya vasitələri istifadəçilərin xarakteri barədə maraqlı məqamları üzə çıxarır. Mütəxəssislər smayliklərin tədqiqinin psixoloq və sosioloqlar üçün geniş imkanlar açdığını bildirirlər və onları bu imkanları lazımınca dəyərləndirməyə çağırırlar.

İnteraktiv dərsə 200-dən çox təhsil müəssisəsi qoşulub

19 Yanvar 2017 19:07

Yanvarın 19-da Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın ümumtəhsil, orta ixtisas və peşə məktəbləri arasında interaktiv əlaqə yaradılıb. "Şərq qapısı" qəzeti xəbər verir ki, interaktiv dərs 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunub. Xatirə Muzeyinin bələdçisi Rəqsanə Kərimova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.

Bunlar qaraciyər piylənməsinin qarşısını alır

19 Yanvar 2017 19:06

Bir çox insan qaraciyər piylənməsindən əziyyət çəkir. Çoxları bu problemin fərqinə belə varmır. Lakin səbəbsiz heç nə olmur. Qaraciyər piylənməsinin səbəbləri, qarşısının alınması ilə bağlı məlumatları təqdim edirik.

Külli miqdarda kontrafakt məhsullar olan qol saatları aşkar edilib

19 Yanvar 2017 19:05

 Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları böyük sayda müxtəlif markalı qol saatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük KOmitəsindən verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə satış məqsədilə gətirilməsi barədə məlumat daxil olub.