Astana görüşü Suriyada atəşkəsin möhkəmlənməsinə yardım edəcək
Rusiya Astanada Suriya ilə bağlı keçiriləcək görüşün ölkədə atəşkəs rejiminin möhkəmlənməsinə yardım edəcəyinə ümid bəsləyir.
19 Yanvar 2017 19:10 SiyasətRusiya Astanada Suriya ilə bağlı keçiriləcək görüşün ölkədə atəşkəs rejiminin möhkəmlənməsinə yardım edəcəyinə ümid bəsləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Ümid edirik ki, Astanada yanvarın 23-də Suriya münaqişəsinin nizamlanması ilə bağlı keçiriləcək görüş ölkədə atəşkəs rejiminin möhkəmlənməsinə yardım edəcək və BMT-nin himayəsi altında danışıqlar prosesin başlanması üçün atmosfer yaradacaq", - deyə Rusiya XİN-in sözçüsü qeyd edib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31