Gündəm
Vergilər Nazirliyində 20 yanvarla bağlı anma mərasimi keçirilib
Vergilər Nazirliyində 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Tədbir açıq elan edildikdən sonra, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. “Olaylar” xəbər verir ki, mərasimdə çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi, filologiya elmləri doktoru, professor Cəlal Qasımov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşayıb.
Nazir İslam İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Yanvarın 19-da Kənd Təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Gənc Tamaşaçılarda heftesonu
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu 7 tamaşa ilə tamaşaçıların görüşünə gələcək. Teatrdan “Olaylar” – a verilən məlumata görə 20 yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş “Mənim ağ göyərçinim” tamaşası 20 yanvar saat 15.00-da “Aytam” uşaq və gənclərin mədəni maariflənməsi İctimai Birliyi və ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri üçün nümayiş etdiriləcək.
Musiqili Teatrın kollektivi Təbrizdən qayıdıb
Azərbaycan Dövlət Musiqili Teatrı 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında iştirakını başa vuraraq Təbrizdən vətənə qayıdıb. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Musiqili Teatrın bu nüfuzlu festivalda iştirakı çox uğurlu və yaddaqalan olub. “Əminliklə deyə bilərəm ki, bizim bu səfərimiz çox səmərəli və uğurlu oldu. Düşünürəm ki, dünyanın təqribən 20 ölkəsinin teatrlarının qatıldığı bu beynəlxalq festivalda ölkəmizi layiqincə təmsil etdik. Mən festivalının açılış mərasimində çıxış etdim. Çağdaş Azərbaycan teatrı haqqında məlumat verdim, müasir dünya teatr sənətində gedən proseslərlə bağlı fikirlərimi bülüşdüm.
20 Yanvar - müasir tariximizə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində “20 Yanvar” faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları keçmiş sovet qoşunlarının vəhşicəsinə qətlə yetirdiyi şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Bakıda kiçik və orta sahibkarlarla görüşlər keçirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 23 dekabr 2016-cı il tarixdə imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunların şərh edilməsi, vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə Vergilər Nazirliyi vergi ödəyiciləri ilə silsilə görüşləri davam etdirir.
Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik edib
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında ölkə Prezidentin Fərmanından irəli gələn tapşırıqların, habelə Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə bağlı Nazirliyin Kollegiyasının qərarı ilə bir sıra sənədlərin formaları və tərtib edilməsi qaydaları, o cümlədən “Vergi Məcəlləsinin 149.1.3-cü maddəsində göstərilən qeyri rezident şəxsin təyin etdiyi vergi agenti barədə arayış” forması, “Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat” forması və tərtib edilməsi qaydaları, “Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi”nin forması, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” forması, “Daşınmaz əmlakın icarəsi ilə bağlı aparılmış notariat əməliyyatları barədə məlumat” forması, “Səhmlərinin və paylarının nəzarət zərfi dövlətə məxsus olan dövlət (büdcə) təşkilatları onlara dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər barədə məlumat” forması təsdiq edilib.
Ovçu ehtiyatsızlıqdan özünü güllələdi
Yevlax rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. DİN-dən verilən məlumata görə, yanvarın 18-də Yevlax rayonunun Aşağı Qarxun kəndində kənd sakini Habil Əbdürrəhimov ov edərkən tüfənglə ehtiyatsız davranıb, bu zaman açılan atəşdən xəsarət alaraq ölüb. Yevlax RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı tüfəng götürülüb.
15 avtomobili qarət edən dəstə yaxalanıb
Yanvarın 1-dən 6-dək olan müddətdə Xətai rayonunun Neapol küçəsində Bakı şəhər sakini Bilal Qasımova məxsus avtomobillərin təmiri sexindən avtomobil ehtiyyat hissələri oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hasdisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərhad Ağayev, Zaur Hüseynov və Nihad Sudeyibzadə tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların daha 15 avtomobildən oğurluq etmələri, habelə 2 avtomobilin şüşələrini sındırmaları da müəyyən edilib.
“Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turniri keçiriləcək
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümünə həsr edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adı altında atıcılıq turnirinin
20 Yanvar: Müstəqillik yolunda qanla yazılmış qəhrəmanlıq tarixi
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı il 20 Yanvar faciəsindən 27 il ötür. Bu münasibətlə bütün idarə və müəssisələrdə silsilə tədbirlər keçirilir, hadisənin əsl mahiyyəti geniş təhlil olunur. Dünən SOCAR-ın «Neftqazelmitədqiqatlayihə» İnstitutunda keçirilən tədbirdə də bizləri hər zaman düşündürən «20 Yanvar qətliamının törədilməsinin əsas səbəbi nə olmuşdur» sualı ətrafında fikirlər açıqlandı.
Bir millətin 20 yanvar kimi şərəf tarixi
Tarix yazılmalıdır. Həm də, gələcək nəsillər bir zamanlar nələrin necə olduğunu öyrənə bilsinlər deyə, olduğu kimi yazılmalıdır.
Multikulturalizm Mərkəzində 20 Yanvar şəhidləri yad edilib
Yanvarın 19-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş toplantı keçirilib. Tədbirdə 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazirini müavini Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti ilə görüşüb
Ötən gün Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirib.
Sumqayıtda "Vicdanın hökmü"
Sumqayıt teatrında 19 yanvar saat 16:00 da vətənpərvərlik mövzusunda Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşası oynanılacaq.













