Nazir İslam İnkişaf Bankının vitse-prezidenti ilə görüşüb
Yanvarın 19-da Kənd Təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
19 Yanvar 2017 19:03 SosialYanvarın 19-da Kənd Təsərrüfatı naziri Heydər Əsədov İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşün məqsədi İslam İnkişaf Bankı ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı müzakirələrin aparılması olub. Nazir Heydər Əsədov qonaqlara ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət, kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə görülmüş işlər, o cümlədən ən müasir kənd təsərrüfatı texnikalarının alınıb gətirilməsi, Aqrar Universitetin yenidən qurulması və orada təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, laboratoriyaların yeni texnoloji avadanlıqlarla təmin olunması barədə məlumat verib. Nazir İslam İnkişaf Bankının Azərbaycan ilə uzunmüddətli əməkdaşlığını vurğulayaraq, müstəqilliyimizin ilk illərindən ölkəmizin İslam İnkişaf Bankının üzvü olduğunu və bu bankın həyata keçirdiyi layihələrin Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində müstəsna rolu olduğunu bildirib. Nazir Heydər Əsədov "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə qarşıya qoyulan əsas hədəflər barədə məlumat verərək kənd təsərrüfatı sahəsində həyata keçirilən layihələrdə təkrarlanmanın aradan qaldırılması və "Kənd Yerlərininin Kompleks İnkişafı Layihəsi"ndə prioritet sahələrə yönəldilmiş komponentlərdə əlavə və dəyişikliklərin edilməsini məqsədəuyğun hesab etdiyini bildirib.