Nazirini müavini  Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti ilə görüşüb

Ötən gün Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirib.

Ötən gün Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi arasında görüş keçirib.

Nazirlikdən "Olaylar" - a bildirilib ki, görüşdə Nazim Səmədov Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri, ölkəmizdə bu sahələrdə həyata keçirilən islahatlar barədə məlumat verdi.

Nazim Səmədov tərəfindən Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu ölkələr arasında turist axınının daha da intensivləşdirilməsinə töhfə kimi qiymətləndirildi və nəticə olaraq 2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayının 5.5 dəfə artdığı vurğulandı.

Görüş zamanı hər iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olundu. Xalid Ali Naemi Qətər dövlətində bu sahədə mövcud standartlar və görülən işlər barədə məlumat verdi. Nazim Səmədov öz növbəsində ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərində sözügedən şəxslər üçün müvafiq infrastrukturun yaradılmasına dair meyarların mövcudluğunu və "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2015 Dövlət Standartında öz əksini tapdığını qeyd etdi.

Nazir müavini tərəfindən həmçinin ölkələrimiz arasında mədəniyyət sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunaraq, iki ölkədə qarşılıqlı şəkildə Mədəniyyət Günlərinin keçirildiyi bildirildi.

Sonda Azərbaycan ilə İslam ölkələri arasında bütün sahələr üzrə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Nazim Səmədov 2017-ci ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunduğunu diqqətə çatdıraraq bu qərarın Azərbaycan və İslam ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın daha da intensivləşməsinə töhfə verəcəyinə inamını ifadə etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31