Fransalı yazıçı: "Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir"

Bu gün Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir, insanlar ölkəni tərk edir və oradakı xalq hazırkı rejimə qarşı çevrilir.

Bu gün Ermənistanda aclıq, yoxsulluq baş alıb gedir, insanlar ölkəni tərk edir və oradakı xalq hazırkı rejimə qarşı çevrilir. Bunu Fransalı yazıçı Jerar Kardon Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə deyib. Fransalı yazıçı bu gün Azərbaycanda gördüyü inkişafı yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. J.Kardon, həmçinin Azərbaycan qadınları haqqında kitab yazmaq arzusundan danışıb. Yazıçı qeyd edib ki, qadınlarla bağlı belə bir layihə onun tərəfindən artıq bir sıra dünya ölkələrində həyata keçirilib: "Azərbaycan qadınlarına həsr olunmuş əsər iki hissədən ibarət roman şəklində olacaq. Burada qadınların həyatı, ailədə, cəmiyyətdə rolu, onların hüquqlarının qorunması və digər məsələlər öz əksini tapacaq". Fransız yazıçısı Jerar Kardon səfərinin sonunda topladığı məlumatlar əsasında bədii əsərlə yanaşı Xocalı faciəsi haqqında da kitab yazacağını bildirib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31