Şəhidlərimizə mahnı həsr olundu - Avropada
Niderlandda şəhidlərimizə həsr olunan mahnı bəstələnib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland Krallığında fəaliyyət göstərən "Odlar Yurdu" cəmiyyətinin rəhbəri, musiqiçi Firəngiz Bağırova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunan mahnı bəstələyib. "Şəhidlər" adlanan mahnının sözləri və musiqisi Firəngiz Bağırovaya məxsusdur. Müəllifin öz ifasında səslənən mahnının oranjimanını Elxan Rzayev edib.
19 Yanvar 2017 19:20 SosialNiderlandda şəhidlərimizə həsr olunan mahnı bəstələnib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland Krallığında fəaliyyət göstərən "Odlar Yurdu" cəmiyyətinin rəhbəri, musiqiçi Firəngiz Bağırova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə həsr olunan mahnı bəstələyib. "Şəhidlər" adlanan mahnının sözləri və musiqisi Firəngiz Bağırovaya məxsusdur. Müəllifin öz ifasında səslənən mahnının oranjimanını Elxan Rzayev edib.
20 ildən çoxdur Niderland Krallığının Assen şəhərində yaşayan və Azərbaycan musiqisini təbliğ edən Firəngiz Bağırova Azərbaycan diasporunun təşkil etdiyi tədbirlərdə soydaşlarımız və yerli sakinlər qarşısında konsert proqramı, musiqi nömrələri ilə çıxış edir. Milli.az
Müğənninin yeni mahnısını bu linkdən dinləmək mümkündür: https://www.youtube.com/watch?v=_n3L56JvLr8