Balakəndə 20 Yanvar faciəsi anılıb
20 Yanvar 2017 07:22 SosialBalakən rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş "Milli qürur günümüz" adlı dəyirmi masa keçirilib. "Milli qürur günümüz" adlı tədbirdə Şəki Regional Mədəniyyət və Turzim İdarəsinin Balakən rayonu üzrə baş məsləhətçisi Ş.Hacıyeva, RİH - nin baş məsləhətçisi Z.Mustafayeva, Qarabağ Əlillər Cəmiyyətinin sədri Sarvan Şibliyev, şair R.Balakənli, şəhid ailələri, məktəb şagirləri iştirak edib.
Tədbir iştirkarkçıları şəhidlərimizə həsr olunmuş sərgi ilə tanış oldular. Şəhidlərimiz xatirəsi bir dəqqəlik sükutla yad edildi. MKS-nin şöbə müdiri Ülviyyə Cəfərli faciələrimiz unudulmayacaq adlı məruzə ilə çıxış etdi. Tədbirdə, Sarvan Şibliyev, MKS -nin Metodika və Biblioqrafiya şöbəsinin müdiri İ.Qımrıyeva, Kitabişləmə və Biblioqrafiya şöbəsinin müdiri M.Əhmədova, Əsgər Ailəsi İctimai Birliyinin sədri N.Vahid və başqları çıxış etdilər. Təbirdə Z.Əliyeva adına 3 saylı şəhər orta məktəbin şagirləri şəhidlərə həsr olunmuş şerlər söyləyiblər.