Gündəm
Yanan evdən kişi meyiti tapılıb
Nəsimi rayonunda “Gənclər günü” qeyd edilib
Kremlin yeni Amerika prezidentinə olan ümidləri boşa çıxır
“Xocalısız 25 il” mövzusunda müsabiqəyə start verilib
AHIK-də qaliblərə mükafatlar təqdim edilib
2017-ci il yanvar ayının 31-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 2016-cı ilin sonunda ali məktəb tələbələri arasında keçirilən futzal idman yarışının, "Nə? Harada? Nə zaman?" intellektual oyununun və “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, mərasimi AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açaraq Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib. Azərbaycan Təhsil Nazirliyinin müavini Firudin Qurbanov da çıxış edərək gənclərə göstərilən qayğıdan, onların elmə və təhsilə, idmana olan maraqlarından və uğurlarından danışıb.
Ermənilər 21 dəfə atəşkəsi pozub
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 21 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
BNA avtobus sürücülərinə ciddi xəbərdarlıq etdi
Paytaxtda müşahidə edilən qarlı və şaxtalı hava paytaxtın küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb. Bakı Nəqliyyat Agentliyinin müşahidə kameralarından əldə edilən məlumata əsasən, səhər saatlarında paytaxtın əksər küçə və prospektlərində, o cümlədən Heydər Əliyev prospekti (şəhər istiqaməti), Yusif Səfərov (şəhər istiqaməti), Ziya Bünyadov prospekti (hər iki istiqamət, xüsusən də körpü və tunellərdə), A.Bakıxanov (küçəsi körpünün üstü), Tbilisi prospekti, Zığ yolu-Nobel prospekti, A.M.Sərifzadə, Mətbuat prospekti və 20 yanvar dairəsində nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Agnetlioyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, qarlı və şaxtalı havada sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərkətini təmin etmək məqsədi ilə Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışır.













.jpg)
