Yanan evdən kişi meyiti tapılıb
1 Fevral 2017 11:15 SosialBakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin 4 otağının yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31