Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Dövlәt Miqrasiya Xidmәtinin (DMX) rәisi, II dәrәcәli dövlәt miqrasiya xidmәti müşaviri Firudin Nәbiyevin başçılıq etdiyi nümayәndә heyәti Türkiyәdә sәfәrdәdir. "OLAYLAR"-ın Xidmətə istinadən verdiyi xəbərə görə, sәfәr zamanı nümayәndә heyәti Türkiyә Daxili İşlәr Nazirliyinin Miqrasiya Baş İdarәsinin rәisi Atilla Torosla görüşüb. Görüşdə Azәrbaycan vә Türkiyә arasında miqrasiya sahәsindә әmәkdaşlığın perspektivlәri müzakirә edilib. İkitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, miqrasiya sahəsində qarşılıqlı münasibətlərin tənzimlənməsi üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsi, həmçinin qeyri-müəyyən vəziyyətdə olan vətəndaşların leqallaşdırılması və statuslarının müəyyənləşdirilməsinə dair məsələlər müzakirə olunub. A.Toros bu səfərin miqrasiya sahəsində əlaqələrin inkişafına və yuxarıda qeyd edilən məsələlərin həllinə əsaslı təsir göstərəcəyinə inandığını deyib. Xidmət rəisi Türkiyə-Azərbaycan siyasi-diplomatik və iqtisadi-mədəni əlaqələri kontekstində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə qardaş ölkənin müvafiq qurumları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıqdan söhbət açan Xidmət rəisi qardaş ölkə vətəndaşlarının respublikamızda tikinti, neft-qaz, yəni enerji sektoru və emal sənayesi, iri istehsalat layihələri, yaşayışın təşkili və ictimai iaşə, təhsil, topdan və pərakəndə ticarət, kənd təsərrüfatı, turizm, avtomobillərin təmiri sahələrində əməkçi miqrant kimi haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olduqlarını, onların və ümumiyyətlə miqrantların hüquqlarının Azərbaycanda yüksək səviyyədə qorunduğuna diqqət çəkib. Daha sonra Dövlət Miqrasiya Xidmətinin rəisi və Türkiyə Respublikasının Daxili İşlər Nazirinin müavini Sebahattin Öztürk arasında görüş keçirilib. Azərbaycan və Türkiyə arasındakı

qardaşlıq və dostluq münasibətlərinə toxunulan görüşdə miqrasiya proseslərinin tənzimlənməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin əhmiyyəti vurğulanıb. F.Nəbiyev bildirib ki, tarixi bağlılıq və bugünkü reallıq baxımından dünya miqyasında Azərbaycan ilə Türkiyə bir-birinə ən yaxın dost və qardaş ölkələrdir. Azәrbaycanın Türkiyәdәki sәfiri Faiq Bağırov görüşlərdә iştirak edib. Sәfәr fevralın 2-dәk davam edәcәk.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31