Qarlı-şaxtalı hava ilə əlaqədar orta məktəblər bağlanacaq?
1 Fevral 2017 10:15 SosialÖlkə ərazisində müşahidə edilən kəskin soyuq hava şəraiti orta məktəblərdə dərsə davamiyyətə təsir edib.
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.
Onun sözlərinə görə, qış tətilindən sonra ilk dərs günü olsa da, hazırda şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.
C.Valehov şaxtalı hava ilə əlaqədar orta məktəblərin bağlanmasının nəzərdə tutulmadığını bildirib. lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31