Azad Rəhimov BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumunda iştirak edir

Yanvarın 30-dan etibarən Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu öz işinə başlayıb. BMT-nin baş qərargahında iki gün davam edən forumun əsas mövzusu "Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu" olub. GİN-in mətbuat katibliyindən "OLAYLAR"-a bildirilib ki, forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti cənab Frederik Musiva Makamure Shava tərəfindən dəvət alan Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayndə heyəti təmsil edib. Şuranın 6-cı iclasının keçirilməsinin əsas məqsədi, qloballaşmanın yaratdığı mənfi təsirlərlərlə mübarizənin çətinləşdiyi fonda, müxtəlif ölkələrdə milli inkişaf məqsədlərinin həyata keçirilməsində məhz gənclərin perspektivlərini üzə çıxarmaqdır. Forum zamanı çıxış edən nazir Azad Rəhimov ölkədə Dövlət tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, bu istiqamətdə müxtəlif illəri əhatə edən Dövlət Proqramlarının, Sərəncamların imzalandığını diqqətə çatdırdı. Nazir qeyd etdi ki, məhz bu diqqətdən irəli gələrək Azərbaycan BMT-nin əvvəlki baş katibi Ban Ki-munun qlobal səviyyədə gənclər siyasətinə dəstək verilməsi ilə bağlı çağırışına cavab verən ilk ölkə oldu. Nazir, region gənclərinin də diqqət mərkəzində olduğunu və onların cəmiyyətdə aktiv fəaliyyəti üçün imkanlar yaradıldığını qeyd etdi. Bu mövzunun davamında Azad Rəhimov Azərbaycanın tarixi şəhəri olan Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı seçildiyini bildirdi və bu layihənin uğurla həyata keçirilməsi məqsədi ilə, cənab Prezident tərəfindən Sərəncam imzlandığını, ümumilikdə 2016-cı ildə Gəncə şəhərində 150-dən artıq yerli və beynəlxalq layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. BMT-ə səfəri çərçivəsində nazir Azad Rəhimov BMT-nin Avropa və MDB regionu üzrə direktoru xanım Cihan Sultanoğlu ilə görüş keçirib. Görüş zamanı Azərbaycanda gənclər sahəsində görülən işlərlə bağlı xanım Cihan Sultanoğlu tərəfindən məmnunluq bildirilib. Bununla yanaşı, nazir Gürcüsatan və Serbiyalı həmkarları ilə də görüşüb. Görüş zamanı hər iki ölkənin gənclər sahəsində həyata keçirilən layihələr, eyni zamanda qarşıda duran planlar haqda müzakirələr aparılıb. Azad Rəhimov Rusiya Federasiyasının Gənclərlə iş üzrə Federal Agentliyinin direktor vəzifələrini icra edən rəsmisi ilə də görüş keçirib. Rəsmilər iki ölkə gənclərinin əməkdaşlığını, gənclər festivalını, Rusiya- Azərbaycan gənclər forumunu, eyni zamanda AMOR-un hər iki ölkə gəncləri arasında dostluq əlaqələrinin möhkəmlənməsi sahəsində gördüyüy yüksək fəaliyyəti müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31