Gündəm

Qadınların qaş dəbi: 100 il ərzində inanılmaz dəyişim - VİDEO

3 Fevral 2017 19:04

“Dəbin 100 ili” layihəsinin müəllifləri bu dəfə qadınların qaş dəbinin son 100 ildə necə dəyişdiyini göstərən video çarx hazırlayıb.

Bağça müəlliməsi özünü asdı - 2 uşağı var idi

3 Fevral 2017 19:00

Lənkəran rayonunda 32 yaşlı qadın intihar edib. Rayonun Osakücə kəndində 1985-ci il təvəllüdlü Həbibova Xalidə Babarza qızı özünü asaraq intihar edib.

İŞİD uşaqların əllərini kəsdi - SƏBƏB

3 Fevral 2017 18:51

İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının yaraqlıları İraqın Mosul şəhərində 10 və 12 yaşlı iki oğlanın əllərini kəsib.

Türkiyə və Suriya ordusu qarşı-qarşıya: 6 kilometr qaldı

3 Fevral 2017 18:49

“Fərat Qalxanı” Hərəkatı çərçivəsində 24 yaşayış məntəqəsini İŞİD terror təşkilatından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun gücləri Əl Bab mahalının mərkəzində İŞİD-in müqavimətini qırmaq üçün ətrafını mühasirəyə alır.

Belarus prezidenti: “Lapşini Azərbaycana verməməyə əsasımız yoxdur”

3 Fevral 2017 18:38

“Belarusun Rusiya və İsrail vətəndaşlığı olan bloqger Aleksandr Lapşını Azərbaycana verməməsi üçün heç bir əsası yoxdur”. Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. “Bizim onu verməmək üçün hansı əsasımız var? Heç bir. Bütün qanun və qaydalara əsasən onu Azərbaycana təhvil verməliyik. Əlbəttə, biz onu buraxa da bilərik. Amma bu, düzgün olmayacaq. Bütün razılılaşmalara əsasən biz onu Azərbaycana təhvil verməliyik.”

Məcburi köçkünlərə ŞAD XƏBƏR

3 Fevral 2017 18:37

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 3-də Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatoriyasında məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların yaşayış şəraiti ilə maraqlanıb.

Siyavuş Novruzov: "Azərbaycanda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi dünyaya bir mesajdır"

3 Fevral 2017 18:31

"Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi Azərbaycanın dünyada təbliği baxımından daha bir uğurlu addımlardan olacaq. Nəzərə alsaq ki, Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edib, bu hadisə ölkəmiz üçün ikiqat əlamətdardır". Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Ərdoğan ərəb ölkələrinə səfərə gedir

3 Fevral 2017 18:30

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12-15 fevral tarixlərində bir neçə ərəb ölkəsinə səfər edəcək. Trend prezident administrasiyasının saytına istinadən xəbər verir ki, səfər Bəhreyn, Səudiyyə Ərəbistanı və Qətərə baş tutacaq.

Mədəniyyət və Turizm Nazirliyi zona müşavirəsi keçirib

3 Fevral 2017 18:28

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarısı üçün iş planına əsasən Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin fəaliyyətinə həsr olunmuş zona müşavirəsi keçirilib.

BNA sərnişinin həyatını xilas edən sürücüyə təşəkkürnamə verdi

3 Fevral 2017 18:27

Bakı Nəqliyyat Agentliyində yanvarın 26-da 6 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda epilepsiya keçirən sərnişinə ilk tibbi yardım göstərərək həyatını xilas edən sürücü Novruzov Oqtay Şair oğlu ilə görüş keçirilib. Agentliyin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, görüşdə sürücü Oqtay Novruzovun xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi nümunəvi hərəkət təqdirəlayiq hesab olunub. Diqqətə çatdırılıb ki, bu gün ictimai nəqliyyatda xidmət göstərən sürücülər nəqliyyat vasitəsini idarə etməklə yanaşı, eyni zamanda sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün zəruri hesab edilən bilk və bacarıqları da bilməlidır.

Saxta şikayətçi ifşa olundu

3 Fevral 2017 18:25

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları saxta adla şikayət edən şəxs haqqında protokol tərtib edib.  Nazilikdən “Olaylara” – a verilən məlumata görə,  İmişli rayonunun Cəfərli kəndində su təmizləyici qurğudan guya çirkli su gəlməsi barədə kənd sakini Quliyev Elşən Qara oğlu adından 26 dekabr 2016-cı il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” xidmətinə edilən müraciət ETSN-nin mütəxəssisləri tərəfindən yerindəcə araşdırılıb.

Respublikaçı senator: “Konqres və Ağ Ev Rusiyanı cəzalandırmasalar, qane olan deyiləm”

3 Fevral 2017 18:23

Senatın 2 üzvü Rusiyanın ABŞ-dakı seçkilərə və digər dövlətlərdə keçirilən demokratik seçkilərə müdaxiləsi ilə əlaqədar ikipartiyalı təhqiqata başladıqlarını açıqlayıblar.

İlham Əliyev Şri-Lanka prezidentini təbrik edib

3 Fevral 2017 18:21

Azərbaycan Prezidenti İlham Əliyev Şri-Lanka Prezidenti Maytripala Sirisenaya təbrik məktubu ünvanlayıb.

Ağstafa rayonunda hərbi sursat aşkar olundu

3 Fevral 2017 18:19

Ağstafa rayonunda hərbi sursat aşkar olunub. Məlumata görə, ötən gün rayonun Həsənsu kəndi ərazisində sakinlər heyvan otararkən xeyli sayda sursat aşkarlayıblar. Bu barədə dərhal rayon Polis Şöbəsinə məlumat verilib. Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Saloğlu bölməsinin əməkdaşları cəlb olunub. ANAMA əməkdaşları istifadə üçün yararlı avtomat patronları və bir avtomat darağı, eyni zamanda yaxın ərazidə 2 qumbara aşkar edərək ərazinin yoxlanılmasına başlayıblar.