Türkiyə və Suriya ordusu qarşı-qarşıya: 6 kilometr qaldı
“Fərat Qalxanı” Hərəkatı çərçivəsində 24 yaşayış məntəqəsini İŞİD terror təşkilatından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun gücləri Əl Bab mahalının mərkəzində İŞİD-in müqavimətini qırmaq üçün ətrafını mühasirəyə alır.
3 Fevral 2017 18:49 Dünya"Fərat Qalxanı" Hərəkatı çərçivəsində 24 yaşayış məntəqəsini İŞİD terror təşkilatından təmizləyən Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun gücləri Əl Bab mahalının mərkəzində İŞİD-in müqavimətini qırmaq üçün ətrafını mühasirəyə alır. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun gücləri Əl Bab mərkəzinin 1 kilometrinə qədər yaxınlaşıb.
Əməliyyat çərçivəsində Əl Babın mərkəzinə sürətlə girmək üçün İŞİD-in təchizat yolları kəsilir.
Eyni zamanda Suriyanın hökumət gücləri yanvarın 20-dən mahalın cənub və qərbindən irəliləməyə başlayıb. Son 2 həftə ərzində 19 yaşayış məntəqəsi rejim güclərinin nəzarətinə keçib. İŞİD rejim güclərinin irəliləməsinə güclü müqavimət göstərməyib. Rejim əməliyyatların gedişatında Rusiyanın hava qüvvələrindən də istifadə edib.
Son məlumatlara görə, Azad Suriya Ordusu Hələb-Əl Bab yolunu kəsərək mahalın mərkəzindən 6,2 kilometr uzaqlıqda olan rejim güclərinin qarşısını kəsib. Bu barədə Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.