Ağstafa rayonunda hərbi sursat aşkar olundu

Ağstafa rayonunda hərbi sursat aşkar olunub. Məlumata görə, ötən gün rayonun Həsənsu kəndi ərazisində sakinlər heyvan otararkən xeyli sayda sursat aşkarlayıblar. Bu barədə dərhal rayon Polis Şöbəsinə məlumat verilib. Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Saloğlu bölməsinin əməkdaşları cəlb olunub. ANAMA əməkdaşları istifadə üçün yararlı avtomat patronları və bir avtomat darağı, eyni zamanda yaxın ərazidə 2 qumbara aşkar edərək ərazinin yoxlanılmasına başlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31