Gündəm

Bu ərazilərdə qaz olmayacaq

4 Fevral 2017 15:52

Buludlu hava

4 Fevral 2017 15:39

Coli Pitdən aliment tələb edir - aylıq 100 min dollar

3 Fevral 2017 20:00

Aktrisa Ancelina Coli boşanma ərəfəsində olduğu əri Bred Pitdən aylıq 100 min dollar aliment tələb edir. Colinin fikrincə, bu, onların 6 uşağına kifayət edəcək. Eyni zamanda həmin puldan illik 250 min dollar uşaqların fondunun hesabına keçəcək. Bred isə tələb olunan məbləği o şərtlə ödəməyə razılıq verib ki, nəzərdə tutulan pul fonda, həqiqətən də, köçürüləcək.  Bundan başqa Coli və Pit arasında uşaqların himayədarlığı mübahisəsi hələ bitməyib.

Bu il dünya İT xərcləri 2,7 faiz artacaq

3 Fevral 2017 19:50

“Gartner” analitik şirkəti 2017-ci ildə dünya informasiya texnologiyaları (İT) xərclərinin 3,5 trilyon dollara çataraq 2016-cı illə müqayisədə 2,7 faiz artacağını proqnozlaşdırır. Lakin bu rəqəm 3 faiz artımın gözlənildiyi əvvəlki proqnozdan azdır.

Ötən il smartfonlar bazarı üçün əlamətdar olub

3 Fevral 2017 19:40

“IDC” analitik şirkəti 2016-cı ilin smartfonlar bazarı tarixində ən əlamətdar il olmasını açıqlayıb. Tədqiqatçıların məlumatına görə, ötən ilin sonuncu rübündə dünya miqyasında smartfonların tədarük həcmi 428,5 milyon ədədə çatıb ki, bu da 2015-ci ildən 7 faiz çoxdur. 2016-cı ilin yekunları üzrə istehsalçılar ümumilikdə 1,47 milyard smartfon buraxıblar. Bir il əvvəl isə bu göstərici 1,4 milyard təşkil edib.

Smartfonun şarjını 7 dəqiqəyə dolduran qurğu təqdim olunub

3 Fevral 2017 19:35

Britaniyanın “NitroQ” şirkəti tərəfindən təqdim edilmiş 5000 milliamper/saat tutumunda yığcam akkumulyator smartfonun şarjını 7 dəqiqə ərzində doldurmaq qabiliyyətinə malikdir. Mütəxəssislər bildiriblər ki, “NitroQ” akkumulyatorunun enerji ilə doldurulmasına ən çoxu 15 dəqiqə vaxt tələb olunur. Şirkətin əməkdaşlarının iddiasına görə, başqa istehsalçıların analoji qurğuları ilə müqayisəyə yeni cihaz 10 dəfə daha səmərəlidir. Bu həftə yığcam enerji doldurma qurğusunun layihəsi “Indiegogo” platformasında yerləşdirilib. “NitroQ” yüngül alüminium korpusla təchiz edilib və işıq diodu işıqlandırmasına malikdir. Qurğunun ölçüsü 101.6x76.2x11.9 mm, çəkisi 196 qramdır.

İmzanın təsdiqi üçün “ağıllı” saatlardan istifadə təklif olunur

3 Fevral 2017 19:30

Texnologiyaların inkişafına və barmaq izi, üzün tanınması və s. daxil olmaqla insanın şəxsiyyətinin təsdiqi məqsədilə çoxlu üsulların yaranmasına baxmayaraq adi imza şəxsiyyətin müəyyənləşdirilməsi üçün ən geniş yayılmış metodlardan biri kimi qalır.

Azərbaycanlılar daha Türkiyədə evlilik verilişlərinə QATILA BİLMƏYƏCƏKLƏR - ŞOK QƏRAR

3 Fevral 2017 19:23

Türkiyə Diyanət Vəqfi Cümə xütbəsində evlilik proqramlarını tənqid edəcək. Ruhani idarəsi qalmaqalları ilə gündəmdən düşməyən evlilik proqramlarını müzakirəyə çıxaracaq. Bunun üçün Diyanət Vəqfi sabahdan etibarən bütün məscidlərdə oxunacaq cümə xütbəsində nikah məsələlərini geniş müzakirəyə çıxarılmasına qərar verib.

İnstaqram-da çoxdan gözlənilən YENİLİK

3 Fevral 2017 19:19

İnstaqram mobil tətbiqində eyni anda bir neçə foto dərc etmək mümkün olacaq. Sözügedən funksiya İnstaqram mobil tətbiqinin "Android" mobil əməliyyat sistemi üçün beta versiyasına əlavə edilib.

“Facebook” TV qəbuledicisi hazırlayır

3 Fevral 2017 19:13

Populyar "Facebook" sosial şəbəkəsi televizor dekoderi hazırlamağa başlayıb. "Apple TV" televiziya qəbulediciləri üçün servisi xatırladacaq videoəlavə vasitəsilə şirkət lisenziyalı proqramların translyasiyasını planlaşdırır.

16 yaşında 1 saata 50 min qazanan müğənni həmkarını SUSDURDU

3 Fevral 2017 19:09

Alenya Tilki Demet Akalının onun haqqında dediyi ittihamlara instagramda cavab verib. Demet Akalın 16 yaşlı müğənni haqqında “Bu qızın səsinə dözə bilmirəm” deyib. O, radio proqramında bildirib ki, Alenyanı dinləmir.