Coli Pitdən aliment tələb edir - aylıq 100 min dollar
Aktrisa Ancelina Coli boşanma ərəfəsində olduğu əri Bred Pitdən aylıq 100 min dollar aliment tələb edir. Colinin fikrincə, bu, onların 6 uşağına kifayət edəcək. Eyni zamanda həmin puldan illik 250 min dollar uşaqların fondunun hesabına keçəcək. Bred isə tələb olunan məbləği o şərtlə ödəməyə razılıq verib ki, nəzərdə tutulan pul fonda, həqiqətən də, köçürüləcək. Bundan başqa Coli və Pit arasında uşaqların himayədarlığı mübahisəsi hələ bitməyib.
3 Fevral 2017 20:00 DünyaAktrisa Ancelina Coli boşanma ərəfəsində olduğu əri Bred Pitdən aylıq 100 min dollar aliment tələb edir. Colinin fikrincə, bu, onların 6 uşağına kifayət edəcək. Eyni zamanda həmin puldan illik 250 min dollar uşaqların fondunun hesabına keçəcək. Bred isə tələb olunan məbləği o şərtlə ödəməyə razılıq verib ki, nəzərdə tutulan pul fonda, həqiqətən də, köçürüləcək. Bundan başqa Coli və Pit arasında uşaqların himayədarlığı mübahisəsi hələ bitməyib. Axşam.az-ın məlumatına görə, bu barədə "InTouch" dərgisi xəbər yayıb.