Gündəm

Sadəcə üç ay sevgili qala bildilər

21 Aprel 2017 20:02

Müğənni Hilari Daff sevgilisindən ayrılıb. O, üç aydır görüşdüyü Mettyu Koma ilə münasibətlərini bitirib.

Tarkan Bakıya gəlir

21 Aprel 2017 19:55

Bakıda keçiriləcək növbəti "Formula-1" yarışının ilk günündə məşhur türkiyəli müğənni Tarkan Bakıda azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Bu barədə Baku City Circuit şirkətinin Marketinq və Kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai bildirib. 

Dörd ilə insan beyni kompüterlə əlaqələndiriləcək

21 Aprel 2017 19:52

ABŞ-ın “Tesla” və “SpaceX” özəl şirkətlərinin yaradıcısı, məşhur ixtiraçı İlon Mask (Elon Musk) insan beyni ilə kompüteri əlaqələndirəcək texnologiya işləyib hazırlayan “Neuralink” layihəsinə rəhbərlik edəcəyini təsdiqləyib.

Çoxumuzu gözləyən TƏHLÜKƏ: maddələr mübadiləsi zəifləyir, əzələ boşalır...

21 Aprel 2017 19:47

Mütəxəssislər “aktiv olun”, “idman edin”, “gəzin” desə də, biz yenə də oturmağa davam edirik. Hələ də hərəkət etməkdən qaçırıq. Yaxın məsafələrə piyada getmək yerinə maşınla getməyə üstünlük veririk. Həftədə ən az 150 dəqiqə etdiyimiz idman da bizi aktiv olmayan bir həyatın zərərlərindən qorumur.

"Mesut komiser"in 20 yaşlı qızı varmış - fotolar

21 Aprel 2017 19:43

"Arka Sokaklar"ın "Mesut komiser"i Şevket Çoruhun 20 yaşlı qızı varmış. 12 ildir reytinqli serialla ekranlarda olan Şevket 1993-cü ildə aktrisa Günay Karacaoğlu ilə evlənib. Cütlüyün Gülenay adlı bir qız övladı dünyaya gəldikdən sonra boşanıblar.

Neyron şəbəkə yuxu rejimini qaydasına salacaq

21 Aprel 2017 19:38

Yaponiyanın Osaka Universitetinin alimləri insanın yuxuda çıxardığı səslərin yazılması əsasında diaqnostika metodikası hazırlayıblar. Səsin yazılması üçün yalnız smartfon tələb olunur. Səs yazısını emal edən alqoritm özünütəşkiletmə kart üsulu - özünəöyrədən neyron şəbəkə sistemi əsasında yaradılıb. Adətən belə şəbəkələrdən məlumatların klaster analizi üçün istifadə olunur.

Simsiz qulaqlıqlar öz sahibini izləyir

21 Aprel 2017 19:33

“Bose” qulaqlıqlarının istehsalçısı istifadəçi məlumatlarını qanunsuz toplamaqda ittiham olunur. Belə ki, Kayl Zak “Bose” mobil proqramı vasitəsilə istifadəçilərin izlənməsi faktını aşkar edib.

Bu planşet sahibini ovucun içindəki vena damarına görə tanıyacaq

21 Aprel 2017 19:28

“Fujitsu” şirkəti uzun müddətdir korporativ seqment üçün planşet kompüterləri istehsal edir. Buna görə yapon şirkəti öz məhsullarında təhlükəsizliyin təmini üçün olduqca maraqlı həllər tətbiq edir. Məsələn, “Windows 10” sistemi ilə işləyən yeni 10,1 düymlük “ARROWS Tab Q507/P-SP” planşetində “Slide Passport” adlı inqilabi biometrik autentifikasiya funksiyası tətbiq edilib. Sistem istifadəçinin avtorizasiyası üçün onun ovcunun içindəki vena damarının şəklini skan edir.

16 meqapiksellik ön kamera ilə təchiz edilmiş smartfon təqdim olunub

21 Aprel 2017 19:23

Yaponiyanın “Sharp” şirkəti qabaqcıl “Aquos R” smartfonunu təqdim edib. Sözügedən qurğu yüksək təsvir ölçülü kameralarla təchiz edilib. Yeni aparat 2560 x 1440 piksel təsvir ölçülü 5,3 düymlük “IGZO” displey, “HDR10” texnologiyası, yüksək məhsuldarlıqlı “Qualcomm Snapdragon 835” prosessoru, 4 QB-lıq əməli və 64 QB-lıq daimi yaddaşla təchiz edilib. Çıxarılıb taxılan “microSD” daşıyıcısı mövcuddur.

Merlin Monronun ölüm şahidi satılır

21 Aprel 2017 19:18

Əfsanəvi aktrisa Merilin Monronun sonuncu evi 7 milyon dollara satılır. Məhz bu malikanədə 1962-ci ilə aktrisanın meyiti tapılmışdı.

İmmun sistemini gücləndirən bitki

21 Aprel 2017 19:13

Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir. Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immun mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.

Çuğundur şirəsi beyin üçün cavanlıq iksiridir

21 Aprel 2017 19:09

Ueyk Forest Universitetinin (Wake Forest University, ABŞ) bir qrup tədqiqatçısı müəyyən edib ki, hipertoniyadan əziyyət çəkən ahıllar bədən tərbiyəsi ilə məşğul olmalıdırlar. Alimlər onlara bədən hərəkətlərindən əvvəl çuğundur şirəsi içməyi məsləhət görürlər. Belə əlaqələndirmə beyni, demək olar, cavanlıqda olduğu kimi yaxşı vəziyyətdə saxlamağa kömək edir.