Gündəm

Yeni simsiz rabitə texnologiyası hazırlanıb texnologiyası hazırlanıb

31 Oktyabr 2017 19:25

Almaniya alimləri optik-lif birləşmələrində kabellərdən istifadəyə görə sürətin məhdudlaşdırılması ilə bağlı yaranan əsas problemin həllini taparaq yeni simsiz rabitə metodu hazırlayıblar.

HTC U11” smartfonunun iki yeni versiyası təqdim olunacaq

31 Oktyabr 2017 19:20

“HTC” şirkəti noyabrın 2-də qabaqcıl “HTC U11” smartfonunun iki yeni versiyasının nümayişini planlaşdırır. Birinci versiya - “U11 Plus” 6 düym (orijinal modeldə 5,5 düym təşkil edir) diaqonallı ekranla təchiz ediləcək. Şirkət mühəndislərinin böyük ölçüyə malik ekranı eyni korpusa yerləşdirməsi nəticəsində “U11 Plus” modelinin çərçivələri daha da nazik olacaq. Bununla yanaşı, barmaq izi skaneri arxa panelə keçirilib.

Şəffaf günəş panelləri karbohidrogen yanacağından istifadəni aradan qaldıracaq

31 Oktyabr 2017 19:16

Miçiqan Universitetinin mühəndisləri görünməyən şüanı (ultrabənövşəyi və infraqırmızı) udaraq onu elektrik enerjisinə çevirən yeni nəsil şəffaf günəş batareyaları yaradıblar. Nəzəri baxımdan texnologiya istənilən şəffaf səthli obyekti, o cümlədən yaşayış evlərinin pəncərələrini və smartfon ekranlarını günəş fotoelektrik elementinə çevirməyə imkan verir.

Masaüstü fərdi kompüterlər üçün ilk “Optane” toplayıcıları buraxılıb

31 Oktyabr 2017 19:10

"Intel" şirkəti masaüstü fərdi kompüterlər və iş stansiyaları üçün nəzərdə tutulan ilk bərk cisimli "Optane" toplayıcılarını təqdim edib. Prosessor istehsalı ilə məşğul olan nəhəng şirkətin çeşidinə "Optane SSD 900P" istehsal xətti əlavə olunub.  

"Məni evində zorladı" - Aktrisadan ŞOK AÇIQLAMA

31 Oktyabr 2017 19:05

65 yaşlı rejissor Harvey Vaynşteynin qurbanları siyahısına daha biri əlavə olunub. "The Sopranos" filmindəki obrazı ilə tanınan ABŞ-lı aktrisaAnnabella Skiorra "New Yorker" jurnalına etdiyi açıqlamada Harvey Vaynşteynin 1990-cı illərin əvvəllərində ona şəxsi evində təcavüz etdiyini deyib.

"Qarabağ"ın gənclərinin növbəti sınağı

31 Oktyabr 2017 19:00

Bu gün UEFA Gənclər Liqasında 4-cü tura start veriləcək. Yarışda C qrupunda yer alan Azərbaycan təmsilçisi "Qarabağ"ın gənclər komandası İspaniyada "Atletiko" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Qrupun digər matçında "Roma" və "Çelsi" ilə üz-üzə gələcək.

Seda Sayan xəstəxanalıq oldu

31 Oktyabr 2017 18:55

55 yaşında olan müğənni Seda Sayan idman edərkən qolu zədələnib və xəstəxanaya yerləşdirilib.

Pakistanda dəhşətli hadisə — Ərinə hirslənən qadın 13 nəfəri öldürdü

31 Oktyabr 2017 18:50

Pakistanda dəhşətli hadisə qeydə alınıb. Ərinə hirslənən qadın onun üçün hazırladığı zəhərli südlə 13 nəfəri öldürüb. Pakistan polisinin nümayəndəsi Oveys Əhməd məsələ ilə bağlı açıqlama verib. Sentyabr ayında ailəh həyatı quran Asiya Bibi qətl cinayətinə görə həbs edilib. Cinayətdə əli olan Bibinin sevgilisi və sevgilisinin xalası da saxlanılıb.

Süni intellekt potensial intihar edən şəxsləri müəyyənləşdirəcək

31 Oktyabr 2017 18:45

Alimlər süni intellekt vasitəsilə beyinin vizuallaşdırılması və məlumatların emalının çoxlu intihar hadisələrinin qarşısını almağa imkan verəcəyini düşünürlər.

Avropanın 7 böyük klubu bu türkü istəyir

31 Oktyabr 2017 18:40

"Beşiktaş"ın və Türkiyə millisinin futbolçusu Cenk Tosun daha bir tanınmış Avropa klubunun maraq dairəsinə düşüb. Dortmund "Borussiya"sı türk futbolçunu transfer siyahısına salıb. "Kicker"in məlumatına görə, Pyer-Emerik Aubameyanqı satmağa hazırlaşan "Borussiya" rəhbərliyi onun yerinə Cenki transfer etmək niyyətindədi. 

Hollivudun məşhur serialının çəkimləri dayandı - Təcavüz iddiası

31 Oktyabr 2017 18:35

ABŞ-ın serial və film şirkəti "Netflix"in ən uğurlu layihərindən biri olan "House of Cards"ın çəkimlərini dayandırılır.  6 ildir çəkilən teleserialın dayandırılmasına səbəb isə amerikalı siyasətçi, demokrat Frenk Andervud obrazını canlandıran 58 yaşlı Hollivud ulduzu Kevin Speysi haqqında irəli sürülən təcavüz ittihamları ilə bağlıdır.

Ukraynada nazir oğlu evində axtarışdan sonra saxlanıldı

31 Oktyabr 2017 18:26

Ukraynanın Milli Antikorrupsiya Bürosu ölkənin daxili işlər naziri Arsen Avakovun oğlunun evində axtarış aparıb. Axtarışdan sonra nazirin oğlu Aleksandr Avakov saxlanılıb. Axtarış 2014-cü ilin sonu 2015-in əvvəllərində DİN üçün bel çantalarıın alınması zamanı dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı açılan cinayət işi çərçivəsində həyata keçirilib. 

Diqqət: Üzüm suyu ürəyi qoruyur

31 Oktyabr 2017 18:25

Mütəxəssislərə görə bitki mənşəli süd olaraq təyin olunan üzüm suyu, qan quruluşçu və antioksidan xüsusiyyətinin yanında bədənin ürək və damar xəstəliklərindən qorunmasına da köməkçi olur.

İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

31 Oktyabr 2017 18:14

Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Prezidenti Əbdüləziz Buteflikaya təbrik məktubu göndərib.

Prezident sərəncamına əsasən beynəlxalq konfrans keçiriləcək

31 Oktyabr 2017 18:11

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən noyabrın 2-də“Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.