Gündəm
Prezidentin bacısı helikopter qəzasında öldü
Nazirlik reyd keçirdi - Cərimələnənlər var
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə 4-10 dekabr tarixlərində reydlər davam etdirilib.
Telefonun yanında yatmaq ziyanlıdır - XƏBƏRDARLIQ
Kaliforniyanın Səhiyyə Departamentinin əməkdaşları xəbərdarlıq ediblər ki, insanlar yuxu zamanı smartfonları özlərindən ən azı bir əl məsafəsində saxlamalıdırlar.
Nostradamusun yalançı çıxdığı 6 MARAQLI FAKT
İnsanların çox az qismində rast gəlinən və hər kəsin həsəd apardığı altıncı hiss həmişə doğru çıxmaya bilir. Belə ki, fransız həkim və münəccim olan Mişel Nostradamus özünün kəhanətləri ilə məşhur olsa da, onların böyük əksəriyyəti bu gün üçün yalan informasiya çıxıb desək, yanılmarıq.
Seda Sayan: “6 dəfə ərə getmişəm...”
Türk və yunanca mahnılardan ibarət “Seni seviyorum” adlı albomuyla gündəmdə olan müğənni Seda Sayan Şişlidəki məkanlardan birində məşq edib. 8 ildir səhnələrdən uzaq olan S.Sayan “Bu layihə məni çox həyəcanlandırdı. Cefi ilə geri döndüm” deyib.
Ərəb şeyxləri Ermənistana sərmayə yatıracaq? – Şərh
Ermənistanın rəsmi statistikasına görə, birbaşa xarici investisiyaların illik həcmi hazırda ölkənin ümumdaxili gəlirinin sadəcə 1 %-ini təşkil edir.
Bu skelet 548 min avroya satıldı
Fransanın Lion şəhərində mamont skeleti 548,25 min avroya satılıb. Məlumata görə, mamontun skeleti 10 il qabaq Sibirdə tapılıb. Mamontu Strasbuqdan olan adı çəkilməyən şirkətin sahibi alıb. O, bildirib ki, skeleti şirkətinin gözləmə zalına qoyacaq.
Namiq Qaraçuxurlu xəstəxanaya yerləşdirildi
Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu yıxılaraq ayağını sındırıb. Meyxanaçının ayağı 3 yerdən sınıb. Namiq Qaraçuxurlu hal-hazırda xəstəxanalardan birindədir. Meyxanaçını bu vəziyyətində sənət yoldaşları da tək qoymayıb. Belə ki, Sevil-Sevinc bacıları, Əhməd Mustafayev, Manaf Ağayev, Aysun İsmayılova və teleaparıcı Afaq Gəncəli onun ziyarətinə yollanıblar.
16 terrorçu öldürüldü
Əfqanıstanın Kunar və Nanqahar əyalətlərində azı 16 “Taliban” və İŞİD terrorçusu məhv edilib. 2 İŞİD üzvü NATO PUA-nın Nanqahar əyalətinə endirdiyi hava zərbəsi nəticəsində məhv edilib. Nanqahar əyalətinin Hocani rayonunda keçirilən xüsusi əməliyyat zamanı 4 “Taliban” üzvü məhv edilib, 8-i isə yaralanıb.
Saakaşvili barışıq məktubu göndərib
Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna prezidenti Petr Poroşenkoya məktub göndərib. Saakaşvili məktubda barışıq təklif edib. “Poroşenkoda məktub var. Mişa (Mixeil – red) deeskalasiya təklif edir, – deyə mənbə bildirib. Saakaşvilinin “Yeni qüvvələr hərəkatı” partiyasından bununla əlaqədar bildiriblər ki, təşkilat liderinin dövlət başçısına məktub yazıb-yazmamasından xəbərsizdirlər.
Azərbaycan qadını 100 ildə necə dəyişdi? - VİDEO
27 mindən çox erməniyə vətəndaşlıq verildi
ABŞ-ın daxili təhlükəsizlik bölməsinin rəsmi səhifəsində qeyd olunan məlumata görə, ölkədə 27 mindən çox erməniyə Amerika vətəndaşlığı verilib. Məlumatda qeyd edilir ki, bu rəqəm son 10 ili əhatə edir.
Zakir Həsənov tapşırıq verdi
Bu gün Müdafiə Nazirliyində general-polkovnik Zakir Həsənovun rəhbərliyi və kollegiya üzvlərinin iştirakı ilə 2017-ci tədris ilində qoşunların hazırlığı üzrə yekunlara dair geniş tərkibdə iclas keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov da iştirak edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın doğum tarixidir. Salatın Əsgərova 1961-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə paytaxtdakı M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.
Fransadan İsraili şok edəcək addım
Fransa İsrailin gözlədiyi “Avropa ölkələri dəstəyi”ni verməyib. Fransanın xarici işlər naziri Cin Yes Li Dreyn “Fransa, hələ ki diplomayik nümayəndəliyini Təl-Əvivdən başqa bir şəhərə köçürmək niyyətində deyil” fikrini səsləndirib. Fransa sülh müzakirələri prosesinin gedişinə uyğun bir qərar verəcəklərini bildirmişdi. Lakin bu qərar İsrailin lehinə qəbul edilməyib.














