Gündəm

Əsəd: Türkiyəni Suriyaya ABŞ göndərdi

26 İyun 2018 20:46

Suriya prezidenti Bəşər Əsəd “peyk dövlətlər” olaraq adlandırdığı Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin, Suriyada rəhbərliyi “gözlənilməz bir inqilab bəzəyi” verərək dəyişdirməyə çalışdığını amma bunu bacarmadıqlarını söyləyib.

Türkiyədən ABŞ-a şok qərar - Əlavə vergi tətbiq etdi

26 İyun 2018 20:30

Türkiyə hökuməti ABŞ istehsalı olan məhsulların ölkəyə idxalına əlavə vergi tətbiq etməyə başlayıb. Həmin məhsullar meyvə, düyü, digər qidalar, spirtli içkilər, tütün yarpağı, minik avtomobilləri, gözəllik və makiyaj mallarıdır.

Övladlarınıza “canım, cicim” deyə müraciət etməyin, çünki...

26 İyun 2018 20:15

Günümüzdə valideynlər övladlarına müraciət edən zaman böyük səhvə yol verirlər. Son zamanlar valideynlər uşaqlarını adlarıyla çağırmır. Onlara “anam, atam, canım, cicim, gözəlim, aşkım” kimi sözlər deyərək çağırır və ya müraciət edirlər.

Qızıl ucuzlaşır, gümüşün qiyməti isə...

26 İyun 2018 19:13

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb. ​​​​​​​ Qızılın qiyməti iyunun 22-i ilə müqayisədə 0,6545 manat azalaraq 1 troy unsiyası üçün 2153,968 manat təşkil edib. Gümüş 0,0716 manat bahalaşaraq 1 unsiya üçün 27,819 manata bərabər olub.

İsrail parlamenti erməniləri yenə məyus etdi

26 İyun 2018 18:48

İsrail Knessetindəki hakim koalisiya “Merets” partiyası tərəfindən irəli sürülmüş 1915-ci ildə Osmanlı imperiyası tərəfindən “ermənilərin soyqırımı” törədilməsi ilə bağlı qanun layihəsini qəbul etməyib.  Səsvermə təxirə salınıb və qanun layihəsi geri qaytarılıb.

“Piper Computer Kit” uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək

26 İyun 2018 18:24

“Piper Inc” şirkəti uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək “Piper Computer Kit” adlı kompüter təlim dəstini təqdim edib. Dəstə 160 detal, o cümlədən “Raspberry Pi 3” mikrokompüteri, 800х480 piksel təsvir ölçülü 7 düym diaqonallı ekran, 6 min milliamper/saat tutumlu akkumulyator, dinamik, taxta korpus, quraşdırılmış əməliyyat sisteminə malik “microSD” yaddaş kartı və təlim proqram təminatı daxildir.

"Oksana ilə danışmıram" - İslam

26 İyun 2018 17:45

Aktyor İslam Mehrəliyev rəqqasə Oksana Rəsulova ilə aralarındakı münasibətdən danışıb.   İslam "Xüsusi layihə" verilişində bildirib ki, hamı buna görə onu qınayır:

Türkiyənin "Cennifer Lopezi": “Sevgilisiz qaldım” - FOTO​​​​​​​

26 İyun 2018 17:10

Cennifer Lopezə bənzərliyi ilə tanınan türkiyəli müğənni Ziynet Sali sevgilisiz qalmasından şikayətlənib.  Müğənni Yankı Alperin yutub kanalının qonağı olub. Ulduz şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib. Sevgidə bəxti gətirməyən 43 yaşlı sənətçi səbəblərini belə izah edib:

Kadırovun vəzifədə olan yaxınları - Şok rəqəm

26 İyun 2018 17:01

Çeçenistanda vəzifədə olan şəxslərin üçdə biri ölkə lideri Ramzan Kadırovun qohumlarıdır. Bu barədə BBC-nin Rusiya bölməsi məlumat yayıb. Sayt həmçinin Çeçenistanda vəzifədə olanların 23%-nin Kadırovun kəndçiləri, 12%-nin isə onun dostları olduğunu bildirib.

Sabah "cəhənnəm" İSTİSİ OLACAQ

26 İyun 2018 17:00

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° gündüz 32-37° isti olacağı gözlənilir.

Müslümovun qohumları işdən çıxarıldı - Nazirlik

26 İyun 2018 16:54

Keçmiş nazirin 3 qohumu işdən çıxarılmayıb, adları çəkilən şəxslər öz ərizələri ilə işdən çıxıblar. Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı nazir Sahil Babayevin sabiq nazir Səlim Müslümovun uzun illərdir nazirlikdə işləyən bir neçə qohumunu işdən çıxarması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

AKP-dən açıqlama: İncə CHP-nin təbii liderinə çevrildi

26 İyun 2018 16:52

Məhərrəm İncə 30 faizlik səddi keçən bir namizəd olmaqla hazırda CHP-nin təbii liderinə çevrilmişdir. Bu sözləri AKP sözçüsü Mahir Ünal deyib.

Məleykə Əsədova keçmiş ərindən danışdı

26 İyun 2018 16:49

“Hər anda xoşbəxt olmaq olmur. Mən sənət adamı, ana kimi xoşbəxtəm. Qadın kimi alınmadı, nə edim?” Bu sözləri xalq artisti Məleykə Əsədova “Bizimləsən” verilişində deyib.

Azərbaycan XİN başçısının müavini Ermənistana gedəcək

26 İyun 2018 16:45

İyunun 27-də Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.