“Piper Computer Kit” uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək

“Piper Inc” şirkəti uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək “Piper Computer Kit” adlı kompüter təlim dəstini təqdim edib. Dəstə 160 detal, o cümlədən “Raspberry Pi 3” mikrokompüteri, 800х480 piksel təsvir ölçülü 7 düym diaqonallı ekran, 6 min milliamper/saat tutumlu akkumulyator, dinamik, taxta korpus, quraşdırılmış əməliyyat sisteminə malik “microSD” yaddaş kartı və təlim proqram təminatı daxildir.

"Piper Inc" şirkəti uşaqlara ilk kompüterlərini yığmağa kömək edəcək "Piper Computer Kit" adlı kompüter təlim dəstini təqdim edib.

Dəstə 160 detal, o cümlədən "Raspberry Pi 3" mikrokompüteri, 800х480 piksel təsvir ölçülü 7 düym diaqonallı ekran, 6 min milliamper/saat tutumlu akkumulyator, dinamik, taxta korpus, quraşdırılmış əməliyyat sisteminə malik "microSD" yaddaş kartı və təlim proqram təminatı daxildir.

Tərtibatçıların fikrincə, 7-12 yaşlı uşaqlar üçün nəzərdə tutulan yeni qurğu onlara müasir texnikanın quruluşu haqqında təsəvvür əldə etməyə yardımçı olacaq.

Kompüter dəstinin qiyməti 300 dollar təşkil edir. ICTnews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31