Ana süpürgəsi

Gözləri parıldayan, bərəlmiş bütün bədəni qara uzun tüklə örtülmüş bədheybət məxluq iki əlli boğazından yapışıb onu boğurdu. Nə qədər çarpana vursa, əl qol atsa da onun əlindən çıxa bilmirdi, qışqırmaq istəyirdi səsi çıxmırdı. 

Ətrafa ani göz gəzdirdi, tüstüləyən qaralmış kötüklərdən başqa heç bir varlıq gözünə dəymədi. Buranın hara olduğunu, onu boğanının bəni adəm, cin ya nə olduğunu dərk etməyə çalışsa da boğulmaqdan başqa heç nə anlamırdı...

Anası nə vaxt, haradan çıxdı, bilmədi...

- mən ölmüşəm, oğlumu aparmaq istəyirsən? Aparmaq lazımdırsa məni apar, deyib- əlindəki süpürgəylə bədheybəti var gücü ilə çırpmağa başladı.

Hiss etdi ki, onu boğan əcaibin əlləri boşaldı, rahat nəfəs aldı. Anası isə əl çəkmirdi, bədheybətin arxasınca düşüb süpürgəsi ilə çırpmaqda davam edirdi.
-Əliyev oyan, oyan.- indi başına yığışmış təşviş və heyrət içində olan azərbaycanlı, rus və digər millətlərdən olan əsgər yoldaşlarını eşidirdi...

Məzarlığa çatanda fikirdən, xəyallarda ayıldı. Hiss edirdiki gözləri yaşarıb.
Gəlib ata və anasının qoşa məzarı önündə dayandı. 
Atası dünən yuxsuna girib demişdir:

- Ərafdayam, dua etməlisən ki, buranı keçim.

Yuxudan durub, səhər açılana qədər dua etmişdir. 
Elə hərbi xidməti başa vurduqdan sonra uzaq Rusiyadan yola çıxıb,  dünən axşamçağı evlərinə çatmışdır. 
Sevinci uzun sürməmişdir, ata və anasının qırx günün içində, ard- arda dünyalarını dəyişdiklərini ona demişdilər. Ana dünyasını dəyişəndən sonra ata dua etmişdir ki, TANRI onu da ömür yoldaşının yanına aparsın. Duası qəbul edilmişdir. Onun yeddi mərasimi ömür yoldaşının qırx mərasimilə üst- üstə düşmüşdür.
Səhər üzü yuxuya getmişdir, yenə atasını yuxuda görmüşdür, gülümsəyərək deyirdi:

- duaların qəbul olundu, Əraf səddini keçdim

İndi qoşa məzarın önündə dayanıb, göz yaşları içində dua edə- edə  baxırdı...
Gözləri ansının məzarı üstündə yazılmış ölüm tarixinə sataşdı- 28 fevral, 1980- ci il...
Yaxınlaşıb məzarı öpdü, qucaqlayıb, hıçqırtı ilə ağlamağa başladı, bu tarix onun yadından çıxmamışdır...
Bədheybət tərəfindən boğulduğu,  ananın son anda gəlib "mən ölmüşəm onu aparırsız, aparmaq lazımdırsa məni aparın" - deyə- deyə  onu süpürgə ilə çırpıb, qovduğu gün idi...

Qoşa məzarlar arasından qürubda olan günəş ona baxıb, gülümsəyirdi.

P.s. olmuş əhvatların motivləri əsasında.

Sadiq Qarayev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31